Hz. Peyğəmbər (s.ə.v) buyurmuşdur:”Rəcəb Allahın ayıdır; Şaban mənim ayımdır; Ramazan isə ümmətimin ayıdır”.
Yenə Peyğəmbərimiz (s.ə.v), “İnsanların hamısı səhv edən və günah işləyəndir. Səhv edənlərin ən xeyirlisi isə, səhvini bilib tövbə edənlərdir” deyərək bizləri xəbərdarlıq etmişdir.
Masiva dediyimiz dünya təlaşı içində, nə üçün yaradıldığını, hansı məqsəd ilə yaşaması lazım olduğunu unudur insan.
Halbuki Rəbbimiz Zariyat surəsinin 56-cı ayəsində: “Mən insanları və cinləri ancaq mənə qulluq etsinlər deyə yaratdım” buyurur.
İdrak etməyə başladığımız üç aylar, qulluq şüurunu xatırlayaraq yaradana yönələcəyimiz xüsusi bir amandır.
Allah Təalanın ayə ilə bəyanına görə dörd ay haram qılınmışdır. Bunlardan biri də Rəcəb ayıdır. Haram aylarda zülm qadağan edilmişdir.
Fəxri Aləm Əfəndimizin (s.ə.v) dövründə bu ayda qan tökülməz, davam edən döyüşlərə ara verilərdi.
Hz. Peyğəmbər (s.ə.v), Rəcəb ayına girdiyində:
“Allahım, bizə Rəcəb və Şaban ayında bərəkət lütf et, uğurlu et. Bizi Ramazan ayına qovuşdur” deyə dua edərdi.
Abdülqadir Qilani Həzrətlərinin “Gunyət’üt Talibin” adlı əsərində Rəcəb ayına Əsam adı verildiyi yazılıdır.
“Əsam deyilməsinin səbəbi, Rəcəb ayının, qulların cəza və səhvlərini eşitməməsindəndir. Daim yaxşılıqları eşidər. Allahu Təala (c.c) onu sənin səhvlərindən yana kar etmişdir. Qiyamət günü sənin əleyhinə şahidlik etməz. ”Yenə Rəcəb ayı üçün “Şəhrullah’il Əsab” deyilər”.
Allahu Təala bu ayda qullarına elə ikramlar edər, elə savablar verər ki, onları heç bir göz görməmişdir, qulaqlar duymamışdır, bir bəşərin qəlbinə onların nə olduğunu anlamaq belə gəlməmişdir.
Rəcəb tövbə, ibadət ayıdır. Yaxşılıqların qat-qat artırıldığı bir aydır.
Mazini, İmam Həsən (ə.s) Əfəndimizdən belə rəvayət edər: “Rəcəb ayında oruc tutun. Çünki Rəcəb ayında oruc Allahu Təalanın tövbələri qəbuluna bir səbəbdir.”
Üç ayların barışa, hüzura, Allaha (c.c) yaxınlaşmağa vəsilə olması ümidiylə…