Şükürlər olsun, bu mübarək aylar Muhamməd (s.ə.v.) ümmətinə xeyir gətirsin.
Bu il yanvar ayının 11-i Rəğaib Qəndilidir.
Malik ibn Ənəsdən nəql olunduğu kimi, Humeyd Tavil Rəsulullah (s.ə.v) Əfəndimizin belə buyurduğunu qeyd edir:
“Rəcəb Allahın ayıdır; Şaban mənim ayımdır; Ramazan isə ümmətimin ayıdır”.
Rəcəb ayında idrak edəcəyimiz gecə, Rəğaib Gecəsidir.
Rəğaib Gecəsi, sevgili Peyğəmbərimizin (s.ə.v) ana bətninə düşdüyü gecə olaraq qəbul edilməkdədir.
Rəğaib, ehsan və bol lütf mənalarını daşıyır. Bu gecə edilən duaların qəbul olunması, böyük lütflərin bəxş edilməsi və günahların bağışlanması səbəbiylə “Rəğaib Gecəsi” adlandırılmışdır.
Bu gecəni bol tövbə və istiğfar edərək, qəza namazı qılaraq, salavat gətirərək keçirmək lazımdır.
Allah (c.c), haqqı ilə idrak etməyi bizlərə nəsib eləsin…