Ramazan ayı xeyirlərə vəsilə olsun

İslam aləmi mübarək Ramazan ayına qədəm qoyur. Bəqərə surəsində bu ay haqqında “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz!” (Bəqərə, 183) buyrulmuş və oruc tutmaq əmr edilmişdir.
Yenə Quranda Allah-Təala, “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir” (Bəqərə, 185).
Allahın razılığını umaraq orucumuzu tutacağımız və xilas yoluna aparan Qurani-Kərimi xətm edəcəyimiz mənəvi bir iqlimi (mühiti) yaşamağa başlayırıq.
Ramazan ayı, “Mən insanları və cinləri yalnız Mənə ibadət etmək üçün yaratdım” deyən Allah-Təalanın yaradılış qayəsinə uyğun bir ibadət şüurunu qazanmağın ən gözəl vəsiləsidir.
Ali – İmran surəsinin 19-cu ayəsində belə buyurulur:
“Allah yanında (haqq olan) din, əlbəttə, İslamdır”. Əgər bizim məqsədimiz Allahın rizasını qazanmaqdırsa, bunun yeganə yolu dinimizi ayə və hədislərdə bəyan edilən şəkildə yaşamaqdır.
İllərdir İslam aləminin Ramazan ayına qan və göz yaşları ilə girdiyini görmək insanı çox məyus edir. Halbuki Hz. Peyğəmbər (s.ə.v) belə buyurmuşdur:
“Bir Müsəlmanın nahaq olaraq canına qəsd edən bizdən deyildir; bir Müsəlmanı qəsdən öldürən əbədi olaraq cəhənnəmlikdir”.
Rəsulullahın (s.ə.v) bir hədisində belə buyurulur:
“Saleh əməllərə yapışın. Qiyamət qopmamışdan əvvəl gecə qaranlığının parçaları kimi fitnələr zühur edəcək. O dövrdə insanlar səhər mömin olaraq oyanar, axşama kafir olarlar. Axşam düşdükdə mömin olar, səhərə kafir olaraq çıxarlar. Bir çox insanlar dinlərini azacıq bir dünya mənfəətinə satarlar.” (Tirmizi, Fitən, 30)
Ona görə də qarşıda idrak edəcəyimiz Ramazan ayı, tutulan oruclar, qılınan təravihlər və digər ibadətlər vasitəsilə saleh əməllərə yapışaraq Allahın rizasını qazanacağımız xüsusi bir dövrdür. Allah haqqıyla faydalanmağı nəsib etsin.
(Qeyd: 2024-cü il üçün 10 mart niyyət axşamıdır, eyni zamanda ilk təravih namazı qılınır. 11 Mart Ramazanın ayının 1-dir.)