Min aydan xeyirli olan Qədr Gecəsindən sonra artıq bayrama qovuşduq. Bayramın əmin-amanlıq və sülh şəraitində keçməsini Allahdan niyaz edirik.
Bugün, Əsri-Səadətdə Hz. Peyğəmbərin (s.ə.v ) bayrama necə hazırlandığını və bayram gününü necə keçirdiyi haqqında yazmaq istəyirik.
Ümumiyyətlə, Ramazan və Qurban bayramı günləri xeyirlə dolu zamanlardır.
“Rəsulullah (s.ə.v) Mədinəyə gəldiyi zaman mədinəlilərin iki şənlik günləri vardı. O günlərdə oyun oynayır və əylənirdilər. Peyğəmbər (s.ə.v) onlardan ‘Bu günlər nə günlərdir?’ – deyə soruşdu. Onlar da, “Cahiliyyə dövründə bu günlərdə şənlik edər, əylənərdik” – cavabını verdilər. Rəsulullah (s.ə.v) ‘Şübhəsiz ki, Allah bu iki gününüzü bundan daha xeyirli iki günə dəyişdirdi: Ramazan Bayramı və Qurban Bayramı’ – deyə buyurdu “(Sünən-i Əbu Davud, Hədis No: 1134).
Rəvayətlərdə Rəsulullahın (s.ə.v) bayram günü qüsl alaraq namaza və bayrama hazırlaşdığı qeyd edilir.
Səhabələrdən Fakih b. Sad’dan rəvayət edildiyinə görə, “Rəsulullah (s.ə.v) ərəfə günü ilə Ramazan və Qurban bayramında qüsl alardı” (Sünən-i ibn-i Macə, Hədis No: 1315).
Cabir b. Abdullahın (r.a) bildirdiyinə görə Rəsulullah (s.ə.v) bayram xütbəsində belə icra edərdi:
“Əvvəl Allaha həmd edib onu layiqli şəkildə təriflədikdən sonra belə buyururdu:
Allahın doğru yola yönəltdiyi kimsə yolundan aza bilməz, yolundan azdırdığı kimsəni də başqa heç kəs hidayətə çatdıra bilməz. Sözlərin ən doğrusu Allahın Kitabıdır. Yolların ən gözəli Muhəmmədin (s.ə.v) yoludur. İşlərin ən şərlisi sonradan uydurulub ortaya çıxarılanlardır. Hər sonradan uydurulan şey isə bidətdir. Hər bidət də zəlalətdir. Hər zəlil də cəhənnəmlikdir”.
Daha sonra sözlərini belə davam etdirirdi:
Qiyamətlə mən belə göndərildim – deyərək iki barmağını bir-birinə bitişdirib işarə edərdi. Qiyamətdən bəhs edərkən üzü qızarar, səsi yüksələr, şiddəti artardı. Sanki orduya bir təhlükəni xəbər verən komandir kimi həyəcanlanar, ‘Axşama və səhərə, vay o gün sizin başınıza gələnlərə’ – deyər və belə davam edərdi:
Özündən sonra mal-mülk qoyan kimsənin varisi onun ailə üzvləridir. Kim də özündən sonra borc və yetim qoyaraq ölsə, onun yetimlərinə baxmaq mənə aiddir. Möminlərin belə işlərinə mən daha layiqəm”(Sünən-i Nəsai-Bayram Namazları Bölümleri, Səhifə 626).
İyaz b. Abdullahdan (r.a) rəvayətə görə, Əbu Səid Əl Xudri belə xəbər vermişdir:
“Rəsulullah (s.ə.v) bayram günü musallaya çıxar, insanlara iki rükət namaz qıldırar, sonra salam verib ayaq üstə dayanaraq insanlara tərəf dönərdi. Camaat da oturub dinləyərdi.
O belə buyurardı:
‘Sədəqə verin, sədəqə verin.’ Ən çox sədəqə verənlər qadınlar idi. Qadınlar üzüklərini, sırğalarını və nələri varsa hər şeyi verərdilər “(Sünən İbn-i Macə, Hədis No: 1288).
Bayramlar, küsülülərin barışdığı və müsəlmanların bir-birini ziyarət edərək hal-əhval tutduqları zamanlar olmaqla yanaşı, həm də xəstələrin və qəbir ziyarətlərinin də olunduğu günlərdir.
Hz. Peyğəmbərin (s.ə.v) həyatından gördüyümüz kimi, bayramlar eyni zamanda sədəqə paylanaraq kasıbların, yetimlərin sevindirildiyi savab qazanma anlarıdır.
Deməli biz də sədəqə verməli, küsənləri barışdırmalı və qəbirləri ziyarət etməliyik …
Bayramınız mübarək olsun!