İMAM HÜSEYN (Ə.S)IN ÜSTÜNLÜKLƏRİ

Allah Rəsulu (s.ə.v) belə buyurub:

“Hüseyn məndən, mən də Hüseyndənəm. Hüseyni sevən Allahı sevib. Hüseyn, ümmətlər içərisində tək bir ümmətdir.”

Salman Farisi belə deyir:

“Allah Rəsulunun (s.ə.v), Hüseyni (ə.s) dizlərinin üstündə oturtdub, onu öpərək belə buyurduğunun şahidi oldum: “Sən böyüksən, böyük şəxsin oğlu və böyük şəxslərin atasısan. Sən imam oğlu imamsan və imamlar atasısan. Sən Allahın höccəti, Allah höccətinin oğlu və Allahın höccətlərinin atasısan ki, bunların da sayı doqquz nəfərdir və onların sonuncusu, bu ümmətin Qaimidir (İmam Zaman).”

“Hüseyn məndəndir, mən də Hüseyndən.”

“Bir gün məscidə daxil olmuş İmam Hüseyni (ə.s) görən Hz. Peyğəmbər (s.ə.v) belə buyurdu: “Cənnət gənclərinin seyyidini görmək istəyən Hüseynə baxsın.”

“Mən Həzrət Peyğəmbərin (s.ə.v) yanında idim. Fatimə (ə.s) ağlaya-ağlaya yanımıza gələrək dedi: “Ey əziz atam! Həsən və Hüseyn çoxdan evdən çıxıblar, lakin hələ də geri dönməyiblər. Əli də burda deyil ki, onları axtarsın. Nə edək?” Həzrət Məhəmməd (s.ə.v) buyurdu: “Ey Fatımə! Qəm yemə. Allah onları bizdən daha çox qoruyur.

Sonra belə dua etdi: “Ey Rəbbim! Əgər o uşaqlar dənizdədirlərsə, öz rəhmət qayığınla onları sahilə çatdır. Əgər səhradadırlarsa, öz inayət nurunla onları mənzillərinə yetişdir.”

Bu an Cəbrayıl enərək dedi: “Ey Allah rəsulu! Onlar dünyada olan insanların fəzilətlisi, cənnət əhlinin böyükləridir. Anaları isə məqam baxımından onlardan daha üstündür. Onlar barədə narahat olma. İndi onlar Nəccaroğlu qəbiristanlığında rahat şəkildə əyləşməkdədirlər. Allah iki mələyi onları qorumaq üçün məmur edib. O mələklər qanadlarını onların başları üzərinə çəkmiş və ayaqlarının altına sərmiş halda uşaqların xidmətindədirlər.”

Həzrət Məhəmməd (s.ə.v) həmin qəbiristanlığa gəlib İmam Həsəni (ə.s), mələk isə İmam Hüseyni (ə.s) qucağına alıb geri döndülər. Əbu Əyyub Ənsari Hüseyni gətirən mələyi görmədiyindən elə düşündü ki, hər iki uşaq peyğəmbərin qucağındadır. Ona görə də qayğılı şəkildə Peyğəmbərə (s.a.a.s) buyurdu: “Ey Allah Rəsulu! Bu iki şahzadədən birini mənə verin ki, yükünüz yüngülləşsin.”

Həzrət Rəsul (s.ə.v) belə cavab verdi: “Ey Əbu Əyyub! Bunlar dünyada sevilən, axirətdə də ehtiram göstərilən şəxslərdir. Anaları isə onlardan daha şərafətli və fəzilətlidir.”

Sonra səhabələrinə çevrilərək buyurdu: “Ey qövmüm! Sizdən soruşuram, baba və nənə baxımından dünyanın ən şərafətli şəxsləri kimlərdir? Səhabələr soruşdu: “Kimlərdir ey Allahın Rəsulu?”

Həzrət Məhəmməd (s.ə.v), “Həsən və Hüseyndir. Çünki, babaları Alahın Peyğəmbəri, nənələri isə ərəblərin ən şərəfli qəbilələrindən olan Xuveylid qızı Xədicədir” deyə buyurdu.
Yenə də onlardan soruşdu: “Bəs ata və ana baxımından ən şərəfli olan kimlərdir?” Səhabələr: “Kimlərdir, ey Allahın Elçisi?”

Həzrət Məhəmməd (s.ə.v) cavab verdi: “Həsən və Hüseyndir ki, onların atası Əbu Talibin oğlu Əli, anası isə Allah Rəsulunun qızı Fatımədir.”

Yenə də soruşdu: “Dayı və xala yönündən ən şərəfli olan kimdir?” Səhabə: “Kimlərdir, ya Rəsulallah?”

Həzrət Məhəmməd (s.ə.v), “Həsən və Hüseyndir. Dayıları Allah Rəsulunun oğlu Qasım, xalaları isə Allah Rəsulunun qızı Zeynəbdir.”

Həzrət Məhəmməd (s.ə.v) təkrar soruşdu: “Əmi və bibi baxımından ən şərəfli olan kimlərdir?” Səhabə: “Kimlərdir ya Rəsulallah?”

Həzrət Məhəmməd (s.ə.v) cavab verdi: “Həsən və Hüseyndir ki, əmiləri Əbu Talibin oğlu Cəfər Təyyar, bibiləri isə Əbu Talibin qızı Ümmühanidir.”

Prof. Dr. Haydar Baş, İmam Hüseyin, s. 69;