Hucr və yoldaşlarının qətlinin xalqa təsiri
Şəhadət xəbəri müsəlmanlara çatanda xalq mütəssir oldu və bir-birinə, “Onların günahları nəydi ki, başları bədənlərindən ayrıldı?” deyə, soruşmağa başladılar. Muaviyə Aişə binti Əbu Bəkr ilə görüşəndə, Aişə binti Əbu Bəkr ona belə dedi: “Niyə Hucr və yoldaşlarını öldürdün?” Muaviyə belə cavab verdi: “Onları ümmətin məsləhəti ilə öldürdüm. Onların varlığı ümmət üçün zərər və təhlükə idi.” Hz. Aisə isə belə dedi: “Rəsulullah’dan belə eşitdim: “Çox yaxında Əzra bölgəsində bir dəstə öldürüləcəkdir. Onların öldürülməsinə görə uca Allah və göy əhalisi yer əhalisinə qəzəblənəcəkdir.”
Həsən Bəsri isə bu məsələ ilə bağlı belə deyir: “Muaviyənin bütün səhv və günahlarına göz yumsaq belə, dörd günah və səhvinə əsla göz yummaq olmaz. O səhvlərdən biri də Hucr və yoldaşlarını öldürməsidir. Bu cinayət Muaviyəni cəhənnəmə götürəcəkdir. Vay Muaviyənin halına! Hucr və dostlarına etdiklərinə görə vay onun halına!”
Mənbə: Prof. Heydər Baş “İmam Əli”, səh. 269.