Ağlın mütləq mənada doğru hökm, qərar verə bilməsi üçün insanın daxili təbiətinin bir hissəsini təşkil edən nəfsini (nəfsi hisslərini) tərbiyə etməsi şərtdir. Əks təqdirdə çox zəkalı biri olsanız belə hirs, kin, həsəd və sair kimi nəfsi duyğuların təsiri ilə sahib olduğunuz bu nemətdən (zəkadan) yanlış istiqamətlərdə istifadə edəcəksiniz. Ki, bu hal sizi cinayətə, qətlə, ixtilafa sövq edəcəkdir… Nəfsin tərbiyəsi zikrullah ilə mümkündür. Yəni hər an Allahla olacaqsınız ki, O’ndan aldığınız feyzin təsiri ilə ağlınızı düzgün istiqamətləndirə biləsiniz…