Dünyanın İslamdan əvvəlki vəziyyəti

Yeddinci əsrin əvvələrinə qədər dünyanın üzərini qalın qara buludlar örtmüşdü. Bu dövürdə insanlığın ən möhtac olduğu şey, yə’ni mənəviyyat, dinclik, asayiş və əmin-amanlıq yox olmuşdu. Dünyanın xeyli əraziləri qanlı boğuşmalara səhnə olurdu. İnsanlar dünyanın bir çox yerində sinfi ayrıseçkiliyə məruz qalmışdılar. Bu siniflərdə ən sonuncu yerdə kölələr, əsirlər və qadınlar dururdu. Batil inancların təsiri nəticəsində insanlıq tamamilə məhv olmuşdu. Bizans və Roma imperiyasının formalaşdırdığı yüngül həyat tərzi və əxlaqsızlıq dünyanı vəhşət və zülm halına gətirmişdi. Bütövlükdə bu tablo həm qərbdə, həm də Ərəbistan yarımadasında İslamdan əvvəlki yaşayış tərzi idi. Ərəblərdə də haqlının deyil, güclünün söz sahibi olması əsas idi. Belə ki, güclülər zəif insanları kölə halına salır və istədiyi zaman sata bilirdi. Kölələrə heyvani münasibət bəslənir, insan yeməyinə belə layiq görülmürdülər. Onlar axır və ona bənzər yerlərdə saxlanılır və daim işgəncə görürdülər. Kölələr bir yerdən digər yerə aparılan zaman əl-ayaqları zəncirlənirdi. Bu dövrdə Ərəbistan yarımadasında da anarxiya və zülm pik səviyyəsinə çatmışdı. Xüsusən qadınlara münasibət dözülməz idi. Qadınlara alqı-satqı predmeti kimi baxılırdı. Qadınların heç bir zaman söz sahibi olmamağı fikri hakim idi. Ən dözülməz hal isə qız uşaqlarının diri-diri torpağa basdırılması idi.

Mənbə:

1.Prof.Dr.Haydar Baş: Rəhmətən Li’l Aləmin. Hz.Muhəmməd (sav) Cild-1 Səhifə:39,