Cabir ibn Həyyan 721-ci ildə Tus şəhərində dünyaya göz açıb. 815-ci ildə Kufə şəhərində vəfat etmişdir.
Əsrlər boyu islam aləmində Sufi, Qərbdə Geber olaraq bilinən Cabir ibn Həyyan başda kimya olmaq üzrə, tibb, əczaçılıq, metallurgiya, astronomiya, fəlsəfə, fizika kimi elm sahələrindəki kəşfləri ilə bu gündə hörmət və rəğbətlə anılmaqda davam edir.
Cabir ibn Həyyanın kitabları içərisində orta əsrlərdə latın dilinə tərcümə edilmiş Tabula Smaragdina və Avropa əlkimyaçılarının masaüstü kitabına çevrilmiş Zümrüd Lövhə əsəri də var.
Zümrüd Lövhə əsəri Avropada uzun yüz illər dərindən öyrənilmiş və belə demək mümkünsə, Qərb alimlərindən ötrü yeni elmi kəşflər üçün mənbə rolunu oynamışdır.
Sivil günümüzdə belə Qərbin kimya sahəsi ilə məşğul olan məşhur alimləri kimya elmi ilə bağlı hər hansı bir konkret sahəni tədqiq edərkən çətinə düşəndə məhz Cabir ibn Həyyanın kimya sahəsindəki elmi-tədqiqat əsərlərinə müraciət edirlər.
Cabir ibn Həyyan kimyanın geniş tətbiq sahəsi olan kimyəvi təmizlənmə prosesi mövzusunda ilk elmi araşdırmalarını ortaya qoydu. O, kimyəvi proses yollarından oksidləmə, süblinasyon, damızdırma, çökdürmə, əritmə və kristallaşdırmaqla əlaqədar əməliyyatları, elmi tədqiqatları tam şəkildə aça bildi. Kükürd ilə civənin qarışdırılması nəticəsində qırmızı bir daşın (zencefre) meydana gəldiyini açıqladı.
Sirkə ilə asetik turşu əldə etməyi O tapdı. Cabir ibn Həyyan zəhər və zəhərli maddələrin strukturlarını araşdırdı. Bu mövzuda “Kitab-Əssumum”adlı əsərini yazdı.
Bitkilərdən əldə edilən bir boya ilə dərilərin necə rənglənəcəyini və necə təmizlənəcəyini müəyyən etdi.