‘Əhl’ sözü izafət kimi ‘Əhlü’l Kura’ (şəhər xalqı) və ya ‘Əhlü’l Kitab’ (kitaba bağlı olanlar və ya onu oxuyanlar) ərəb söz birləşmələrində, ‘Beyt’ sözü isə ərəbcə ‘ev’ mənasında işlənir. ‘Əhl-i Beyt’ anlayışı ‘birinin yaxınlarını və soydaşlarını’ ifadə edir. Quran-i Kərim’də Hz. İbrahim’in övladlarına və övladlarının övladlarına münasibətdə ‘Əhl-i Beyt’ anlayışı işlənmişdir: ‘Ey ev əhli! Allah’ın bərəkəti və mərhəməti üstünüzdə olsun!’ (Hud, 73).
Müsəlmanlar arasında ‘Əhl-i Beyt’ anlayışı mənbələrə əsasən Rəsulullah’ın övladları ilə əlaqədar istifadə olunmuşdur. Kitab və sünnətdə ‘Əhl-i Beyt’ anlayışının xüsusi bir mənası vardır. ‘Əhl-i Beyt’ dedikdə, Rəsulullah’ın (s.ə.v) qızı Fatimə (ə.s), nəvələri Həsən (ə.s) və Hüseyn (ə.s), kürəkəni İmam Əli (ə.s) nəzərdə tutulur. Təthir ayəsi onlar ilə əlaqədar enmişdir: ‘Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!’(Əhzab, 33).
‘Əhl-i Beyt’ anlayışındakı ‘ev’ sözü adi bir evi deyil, peyğəmbərlik ilə bağlı olan evi ifadə edir. Yəni ‘Əhl-i Beyt’ Peyğəmbərin (s.ə.v) evində təlim-tərbiyə alan, böyük və kiçiyin yerini bilən, əşyanın həqiqətini anlayan, geniş elmi və yəqinliyi olan Hz. Əli (ə.s), Hz. Fatimə (ə.s), Hz. Həsən (ə.s) və Hz. Hüseyn’ə (ə.s) aiddir.
Quran-i Kərim’də bir çox ayədən və Rəsulullah’ın (s.ə.v) yüzlərlə hədisindən məlumdur ki, ‘Əhl-i Beyt’ yalnız Hz. Fatimə (ə.s), Hz. Əli (ə.s), Hz. Həsən (ə.s), Hz. Hüseyn (ə.s) və Rəsulullah’dan (s.ə.v) ibarətdir. Ancaq bəzi əsərlərdə ‘Əhl-i Beyt’ adı altında Rəsulullah’ın (s.ə.v) həyat yoldaşlarının və hətta Haşimoğullarının da olduğunu iddia edən müəlliflər vardır:
1. Nişaburi, Muqatil, Suyuti kimi bəzi alimlər təthir ayəsində Hz. Peyğəmbərin (s.ə.v) xanımlarının da yer aldığını iddia edirlər.
2. Abdullah b. Abbas və İqrimə kimi müəlliflər isə ‘Əhl-i Beyt’ adı altında yalnız Rəsulullah’ın (s.ə.v) mübarək həyat yoldaşlarının olduğunu iddia edirlər.
3. Bir qrup alimlər də ‘Əhl-i Beyt’ə Haşimoğullarının aid olduğunu iddia etmiş və hətta onlardan bəziləri anlayışın həcmini daha da genişləndirərək ona Rəsulullah’ın (s.ə.v) həyat yoldaşlarını, kölə və cariyələrini, bütün qadın-kişi qohumlarını, Rəsulullah’a (s.ə.v.) xidmət edənləri, O’nu sona qədər təqib edən hər kəsi aid etmişlər.”1
Ancaq bu iddialar azlıq təşkil edir. ‘Əhl-i Beyt’ anlayışına Rəsulullah’ın (s.ə.v) həyat yoldaşlarının və Haşimoğullarının daxil edilməsinin qeyri-mümkün olduğunu, həmçinin onun xatırladığımız beş nəfərdən ibarət olduğunu sübut edən xeyli dəlil və mənbə vardır. Biz bu mənbələrdən bir qismini ortaya qoyduq.
Bəzi mənbələrə görə, Əhl-i Sünnət alimləri tərəfindən ‘Əhl-i Beyt’ anlayışına ‘Al-i Əba’ olan “beş nəfər”dən başqalarının da aid edilməyə cəhd edilməsi, xüsusilə İmam Əli’yə olan həsəd və düşmənçilikdən irəli gəlmişdir. Bunu edənlər O’nun Allah (c.c) və Rəsulu (s.ə.v) yanındakı məqamını güya gizlədiklərini düşünürlər. Rəsulullah’ın (s.ə.v) həyatında ‘Əhl-i Beyt’ anlayışının ancaq Hz. Əli (ə.s), Hz. Fatimə (ə.s), Hz. Həsən (ə.s) və Hz. Hüseyn’dən (ə.s) ibarət olmasında bir işarə vardır. “Bu ayənin məqsədi, İslamın gələcəyini qurmaqdır.”(2.s.89)Rəsulullah (s.ə.v), İslam dinini özündən sonra əmanət etdiyi beş nəfərə işarə edir. “Beş nəfərə işarə edən hədislər” İslamın gələcəkdəki rəhbərlərini tanıtmaq məqsədi daşımışdır.”(2.s.91)
Əhli-Beyt və Hz. Əli (ə.s) ilə əlaqədar enən ayələr
Əhl-i Beyt ilə əlaqədar enən ayələr Quran-i Kərim’in dörddə birini təşkil edir.52 İbn Abbasın rəvayətinə görə Hz. Əli (ə.s) ilə əlaqədar tam 300 ayə enmişdir.52Biz burada, onların bəziləri barədə məlumat verəcəyik:
- Təthir ayəsi
Təthir ayəsi, Əhzab surəsinin 33-cü ayəsidir: ‘Ey Əhli-Beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!’
Təthir ayəsinin Hz. Əli (ə.s), Hz. Fatimə (ə.s), Hz. Həsən (ə.s) və Hz. Hüseyn (ə.s) barədə endiyini bildirən çoxsaylı əsərlərin bəzilərinə müraciət etdik. Bəzi müəlliflər onun həmçinin Hz. Peyğəmbərin (s.ə.v) həyat yoldaşları və Haşimoğulları barədə olduğunu iddia edirlər. Lakin Təthir ayəsini şərh edən ‘Kəsa hədisi’ mövcuddur. Bu hədisi, səhabə və tabiin rəhbərlərindən böyük bir qrup rəvayət etmişdir. Onlar bu hədisə əsaslanaraq bu ayənin Rəsulullah’ın (s.ə.v) əbası altına aldığı beş nəfər barədə endiyini vurğulamışlar.3
Əhl-i Beyt mənbələri ‘Təthir ayəsi’ və onu açıqlayan ‘Kəsa hədisini İmam Həsən (ə.s), İmam Hüseyn (ə.s), İmam Məhəmməd Baqir (ə.s) və İmam Cəfər Sadiq (ə.s) tərəfindən rəvayət edirlər. Əhl-i Sünnət mənbələri isə ‘Kəsa hədisini qırxdan çox rəvayət yolları ilə söyləmişlər.(799.c.16,s.311) ‘Kəsa hədisini qeyd edən və ‘Təthir ayəsi’nin Rəsulullah’ın (s.ə.v) əbasının altına aldığı beş nəfər barədə endiyini söyləyən mənbələrin sayı olduqca çoxdur.4
‘Kəsa hədisi barədə məlumat verən bəzi mənbələr:
Peyğəmbərimizin (s.ə.v) xanımlarından (Təthir ayəsi evində enən) Hz. Ümmü Sələmə və Hz. Aişə Əhl-i Beyt’in sadəcə adı keçən bu ‘beş nəfər’dən ibarət olduğunu vurğulamışlar.
Hz. Aişə söyləyir ki, “Rəsulullah (s.ə.v) əynində qara yundan toxunmuş bir əba ilə bayıra çıxanda Həsən b. Əli (ə.s) O’na yaxınlaşdı və O’nu əbasının altına aldı. Hüseyn b. Əli (ə.s) yanına gəldi və O’nu da əbasının altına aldı. Sonra Fatimə (ə.s) gəldi və O’nu da əbasının altına aldı. Daha sonra Əli (ə.s) gəldi və Rəsulullah (s.ə.v) O’nu da əbasının altına alaraq: ‘Uca Allah, ancaq və ancaq siz Əhl-i Beyt’dən hər cür çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər’ – ayəsini oxudu.” (Bu, ‘Kəsa hədisi’ kimi məşhurdur).53Hz. Aişə söyləyir ki, “O’nu (Əli’ni) Rəsulullah (s.ə.v) hamıdan çox istəyirdi. Mən Rəsulullah’ın (s.ə.v), O’nu, Fatimə’ni (ə.s), Həsən (ə.s) və Hüseyn’i (ə.s) əbasının altına aldığını və sonra “Allah’ım, bunlar Mənim Əhl-i Beyt’imdir”- dediyini gördüm.”5 Böyük müfəssir Fəxri Razi bu rəvayəti öz təfsirində qeyd etdikdən sonra deyir: “Bilin ki, müfəssirlər və muhəddislər bu rəvayətin dəqiq olduğunu yekdilliklə qəbul edirlər.”(6.c. 8, s.85)
Hz. Ümmü Sələmə söyləyir ki, “Rəsulullah (s.ə.v) əbasını Həsən (ə.s), Hüseyn (ə.s), Əli (ə.s) və Fatimə’nin (ə.s) üzərinə örtərək “Allah’ım, bunlar Mənim Əhl-i Beyt’im və yaxınlarımdır. Onlardan hər cür çirkinliyi yox et və onları tərtəmiz et!” buyurdu.“Mən də onlardanam, ey Rəsulallah?” deyə soruşanda, Rəsulullah (s.ə.v): “Sən xeyir üzrəsən”buyurdu.”7 Hz. Ümmü Sələmə söyləyir ki, “Təthir ayəsi enəndə Rəsulullah (s.ə.v) Əli (ə.s), Fatimə (ə.s), Həsən (ə.s) və Hüseyn’i (ə.s) bir araya gətirərək: “Bunlar Mənim Əhl-i Beytim’dir”- buyurdu.” 8
Təthir ayəsi enəndən sonra İmam Əli’nin belə dediyi söylənilir: “Bununla əlaqədar Rəsulullah (s.ə.v) buyurdu ki, ‘Ey Əli! Bu ayə Sənin, iki nəvəm (Həsən və Hüseyn) və Sənin övladlarından olan imamlar barədə enmişdir.”(9.s.156)
Əbu Basir İmam Cəfər Sadiq’dən (ə.s) dəqiq bir rəvayətlə belə söyləyir: “Uca Allahyalnız siz Əhl-i Beyt‘dən”- ayəsi enəndə Əli (ə.s), həyat yoldaşı və uşaqları Ümmü Sələmənin evində idilər. Hz. Peyğəmbər (s.ə.v) onları bir örtüyün altına alaraq buyurdu: “Allah’ım! Hər peyğəmbərin seçilmiş zümrədən olan və peyğəmbərlik tərəzisini təmsil edən çox yaxın adamları vardır. Mənim peyğəmbərlik tərəzim seçilmiş Əhl-i Beyt’imdən başqa heç kimə aid deyildir.” Buna cavabında Ümmü Sələmə (r.a) dedi: “Ey Allah’ın Elçisi! Yalnız bunlardır? Məgər mən Sənin Əhl-i Beyt’indən deyiləm?”- Rəsulullah (s.ə.v) cavabında buyurdu: “Mənim Əhl-i Beyt’im və peyğəmbərlik tərəzim Əli, Fatimə, Həsən və Hüseyn’dir.”
Müslimin “Səhih” və “Cami’ul-Usul’ əsərində rəvayət edilir ki, “Hasin b. Səmurə, Zeyd b. Ərkama, “Hz. Peyğəmbərin (s.ə.v) xanımları da Əhl-i Beyt’dəndir?”- deyə soruşanda Hz. Zeyd belə dedi: “Allah Təala’ya and olsun ki, xeyr… Çünki qadın bir müddət həyat yoldaşı ilə olur, boşananda ata evinə dönər və atasının ailəsinə daxil olur. Beləliklə, ərindən tamamilə qopur. Peyğəmbəri Əkrəm’in (s.ə.v) Əhl-i Beyt’inə sədəqə vermək haram buyurulmuşdur. Onlar hər hansı bir yerə və ya evə getsələr Hz. Peyğəmbərin Əhl-i Beyt’i olmaqdan çıxmazlar.”
Vəsilə b. Əska söyləyir: “Mən Əli’nin (ə.s) yanına getdim. Lakin O’nu tapa bilmədim. Fatimə (ə.s): “Əli, Rəsulullah’ı çağırmağa getdi”- dedi.Sonra Rəsulullah (s.ə.v) və Əli (ə.s) içəri girdilər. Ardından Rəsulullah (s.ə.v) Həsən (ə.s) və Hüseyn’i (ə.s) çağıraraq hər birini bir dizi üzərində oturtdu. Fatimə (ə.s) və ərini də otağından (çağırıb) özünə yaxınlaşdırdı. Sonra da onların üzərinə bir əba örtərək: “Allah (c.c), ancaq və ancaq siz Əhl-i Beyt’dən hər cür çirkinliyi yox etmək və sizi tərtəmiz etmək istər” – ayəsini oxudu və davam edərək: “Bunlar Mənim Əhl-i Beyt’imdir. Allah’ım! Əhl-i Beyt’im daha layiqdir”- buyurdu.”(10. c.3, s.146-147)
2. “Məvəddət ayəsi”
Məvəddət ayəsi Şura surəsinin 23-cü ayəsidir: «(Ya Peyğəmbər!) De: “Mən sizdən bunun (risaləti təbliğ etməyimin) müqabilində qohumluq məhəbbətindən (Əhli-Beyt’ə sevgidən) başqa bir şey istəmirəm».
Buayə Hz. Əli(ə.s), Hz. Fatimə (ə.s), Hz. Həsən(ə.s),Hz. Hüseyn(ə.s) və onların pak soyunu sevməyin vacib olması barədə enmişdir. İmam Şafii bu ayəyə istinadən deyir: “Ey Rəsulullah’ın Əhl-iBeyt’i! Sizin sevginiz fərzdir. ”Allah’ın (c.c) endirdiyi Quran’da da…”.11 İmam Şafii Əhl-i Beyt sevgisinin fərz olduğunu aşağıdakı beyt ilə ifadə etmişdir:
“Ey süvari! Minada daş atanlarla dayan!
Sübh tezdən Fərat suları tək Minaya axışan,
Dayanıb, dolaşan hacılara et bəyan:
Al-i Məhəmməd’i sevmək rafizilikdirsə əgər,
Şahid olsun rafiziliyimə insanlar və cinlər!”(6.c.27, s.166)
3. “Mübahələ ayəsi”
Mübahələ ayəsi Ali-İmran surəsinin 61-ci ayəsidir: «(İsanın Allah’ın qulu və peyğəmbəri olması barədə) sənə göndərilən elmdən (məlumatdan) sonra buna (İsa’nın əhvalatına) dair səninlə mübahisə edənlərə de: “Gəlin bizdə oğlanlarımızı, sizdə oğlanlarınızı; bizdə qadınlarımızı, sizdə qadınlarınızı; bizdə özümüzü, sizdə özünüzü (bura) çağıraq! Sonra (Allah’a) dua edib yalançılara Allah’ın lənətet məsini diləyək!”
Bu ayə özlərinin və dinlərinin haqlı olduğunu iddia edən Nəcran xristianlarının elçiləri ilə Rəsulullah (s.ə.v.) arasında olan mübahisə barədə enmişdir. Bu ayənin enməsi ilə Rəsulullah (s.ə.v) onları mübahələyə (qarşılıqlı lənətləşməyə) dəvət etmiş və nəticədə onların iddiasını xirtdəklərində boğmuşdur. O, onları dəlillər ilə susdurmuş və aydın sübut ilə onlara qalib gəlmişdir. Onlar da acı əzaba və əbədi lənətə düçar olduqlarını anlayandan sonra Rəsulullah (s.ə.v) və Əhl-i Beyt’i ilə lənətləşməkdən ehtiyat etmiş və nəticədə sülh bağlayaraq cizyə ödəmək qərarına gəlmişlər. Bu hadisə geniş izahata ehtiyacı olmayan və tarix, hədis, təfsir kitablarında geniş şəkildə şərh olunan məşhur hadisədir.*
Burada önəmli olan Allah Təala’nın (c.c) bu ayədə o uca məqama seçdiklərinin kim olduğunu və bu ilahi seçimə kimlərin aid olmasını bildirməsidir. Təfsir, hədis və tarix kitabları Rəsulullah’ın (s.ə.v) Uca Allah’ın (c.c) əmriylə bu ayədə nəzərdə tutulanların başqaları deyil, məhz Əli(ə.s), Fatimə(ə.s), Həsən(ə.s)və Hüseyn(ə.s) olduğunu bildirir.12
Sa’d b. Əbi Vəqqas deyir ki, “Bu ayə enəndə Rəsulullah (s.ə.v) Əli(ə.s), Fatimə(ə.s), Həsən(ə.s)və Hüseyn’i(ə.s) çağıraraq, “Allah’ım! Bunlar Mənim Əhl-i Beyt’imdir”- buyurdu.”13
Cabir b. Abdillah söyləyir: «Ayədə işlənən ‘özümüz’ və ‘özünüz’ sözündə Rəsulullah (s.ə.v.) və Əli (ə.s), ‘oğullarımız’ sözündə Həsən(ə.s) və Hüseyn(ə.s), ‘qadınlarımız’ sözündə isə Hz. Fatimə(ə.s) nəzərdə tutulmuşdur.”(14.c.2,s.38)Eynilə bu fikri səhabə və tabiindən 24 nəfər, mühəddis və müfəssirlərdən 52 nəfərdən çox adam söyləmişdir.54
Böyük müfəssir Zəmahşəri bu ayədə ‘oğullar’ və ‘qadınlar’ın sözünün ‘özümüz’ sözündən əvvəl olmasının hikmətinə diqqəti yönəldərək deyir: «Bu iki sözün ‘özümüz’ sözündən öncə xatırlanması, onların uca mövqelərini, Allah(c.c) və Rəsulu’na(s.ə.v) yaxınlıqlarını və ‘özün’dən öncə olduğunu bildirmək üçündür. Kəsa əhlinin fəzilətinə bundan daha güclü bir dəlil ola bilməz. Bu ayə bir daha Rəsulullah’ın (s.ə.v) peyğəmbərliyinin doğruluğuna dəlalət edir».(15.c.1, s.369)
4. “Əbrar ayələri”
Əbrar ayələri İnsan surəsinin 5-12-ci ayələridir. Müfəssirlər bu surədəki ayələrin hamısının Hz. Əli (ə.s), Hz. Fatimə (ə.s), Hz. Həsən (ə.s) və Hz. Hüseyn’in (ə.s) azuqələrini miskin, yetim və əsirə sədəqə vermələri barədə enməsində həmrəydirlər.16
İbn-i Abbasın rəvayət etdiyi bir hədisi-şərifdə bu ayələrin enmə səbəbi belə izah olunur: “Hz. Həsən (ə.s) və Hz. Hüseyn (ə.s) kiçik yaşlarında xəstələnmişdilər. Peyğəmbərimiz (s.ə.v) əshabi-kiramdan bir neçə nəfərlə birlikdə nəvələrini ziyarətə gəldilər. Bu vaxt ziyarətçilərin bəziləri Əli’yə: “Ey Əli! Uşaqların üçün bir nəzir etmək istəməzsənmi?”– dedilər. Hz. Əli (ə.s) və Hz. Fatimə (ə.s) Allah’ın (c.c) razılığını almaq, O’na şükr etmək və uşaqlarının şəfa tapmasını Cənab-i Haqq’dan (c.c) istəyərək “üç gün oruc tutmağı” nəzir dedilər. Həmin andan uşaqları xəstəlikdən qurtuldu. Hz. Əli (ə.s) və Hz. Fatimə(ə.s)oruclarını tutmaq üçün niyyət etdilər. Lakin iftar üçün yeməkləri yox idi. Hz. Əli (ə.s) Xeybərdən Şəmun adında bir yəhudidən üç günlük iftar üçün üç küpə arpa borc aldı. Hz. Fatimə (ə.s) arpanın bir küpəsini üyüdüb evdəkilərin sayına görə beş ədəd çörək bişirdi. Axşam iftar vaxtını gözlədikləri anda, bir yoxsul gəlib: “Salam-əleyküm ya Məhəmməd’in Əhl-i Beyt’i! Mən yoxsul bir müsəlmanam. Məni doydurun ki, Allah da sizləri cənnət süfrələri ilə doydursun”- dedi. Onlar da dərhal süfrələrindəki çörəkləri bu yoxsula verdilər. Hz. Əli (ə.s) Hz. Fatimə’yə (ə.s) dedi: “Ey insanların ən xeyirlisinin qızı! Ey kamil iman və şərəf sahibi olan Fatimə (ə.s)! Qapıdakı bu miskinin ürək ağrıdan halını görürsən? O, aclığını bizlərə bildirərkən, hal diliylə Allah’a naz və niyaz edir.” Hz. Fatimə (ə.s) isə Əli’yə (ə.s) cavabında dedi: “Ey əmioğlu! Əmrinizə hazıram. Amma o miskini sevindirmək və razı etmək üçünheç nəyim yoxdur. Lakin ac insanı doydurmaqla xeyirli insanlardan sayılıb cənnətə girməyi və şəfaətə yetişməyi istəyirəm.” Onlar bir tikə belə yemədən süfrələrindəki çörəkləri yoxsula verdilər və özləri su ilə iftar etdilər.
Ertəsi gün oruclarına davam etdilər.Fatimə (ə.s) o gün arpanın ikinci küpəsi ilə çörək bişirdi.Axşam olanda çörəyi süfrəyə qoydular və iftarı gözlədilər. Birdən qapıya bir yetim gələrək: “Salam-əleyküm ya Məhəmməd Əhl-i Beyt’i! Mən mühacir övladlarından olan bir yetiməm.Atam Əqabə döyüşündə şəhid oldu. Məni doydurun, məni doydurun! Allah da sizləri cənnət yeməkləri ilə doydurar”– dedi. Onlar yenə çörəklərini yetimə verdilər və su ilə iftar edərək, o axşam da ac yatdılar.
Ertəsi gün Hz. Fatimə (ə.s) üçüncü küpədəki arpadan çörək bişirdi. Axşam yenə süfrənin başına oturanda, bu səfər də qapıya bir yoxsul əsir gələrək səsləndi: “Salam-əleyküm, ey Allah’ın elçisinin Əhl-i Beyt’i! Mən əsirlərdənəm.Məni qonaq edin.Allah da sizləri cənnət yeməklərinə qonaq etsin!”- dedi. Bu səfər də süfrələrindəki azuqəni əsirə verdilər. Onların bu davranışları barədə İnsan surəsinin 8-ci ayəsi endi: «Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər».
5. “İnsanların eləsi də vardır ki, Allah’ın razılığını qazanmaq yolunda (Allah rizası üçün) öz canını fəda edər. Allah öz bəndələrinə qarşı çox mehribandır!”(Bəqərə, 207).
Şeyx Süleyman Bəlxi Hənəfi bir çox alimlərə əsaslanaraq belə söyləmişdir: «Rəsulullah (s.ə.v) Allah’ın (c.c) əmriylə Mədinəyə hicrət edəndə Əmirə’l-möminin Əli’niçağıraraq belə buyurdu: “Gecələr üstümə örtüb yatdığım yaşıl xəzrəmi qumaşı üstünə örtərək, yatağımda uzan!” Hz. Əli (ə.s) də Rəsulullah’ın (s.ə.v) evini əhatə edən müşriklərin yataqdakının Əli (ə.s) olduğunu bilməmələri üçün Hz. Peyğəmbərin (s.ə.v) buyurduğu şəkildə onun yatağında uzandı.Beləcə, Rəsulullah (s.ə.v) rahatca müşriklərin arasından sıyrılıb çıxtı.Uca Allah (c.c) Hz. Cəbrail (ə.s) və Hz. Mikail’ə (ə.s), “Mən sizin aranızda qardaşlıq təsis etdim.İndi birinizin ömrü digərindən qəti şəkildə çoxdur.Sizdən hər hansı biriniz ömrünüzün çoxunu, digərinə bağışlamağa hazırsınız?”- buyuranda bildirdilər: “Allah’ım! bu bir əmr, yoxsa bir seçimdir?(Seçmə haqqımız vardırmı?)” Allah Təala (c.c) “Seçimdir” buyurdu. Bundan sonra onlardan heç biri öz iradələriylə ömürlərinin çox olan müddətini digərinə bağışlamağa razı olmadılar. Bu vaxt Allah Təala (c.c) onlara belə söylədi: “Mən vəlim olan Əli ilə, nəbim olan Muhamməd’in arasında qardaşlıq təsis etdim. Əli öz həyatını Peyğəmbərə fəda etməyi seçərək, canıyla O’nu qorumaq üçün onun yatağında yatdı.Yer üzünə enin və O’nu düşmənlərin şərindən qoruyun.”Mələklər dərhal yerə endilər. Hz. Cəbrail (ə.s) Hz. Əli’nin baş tərəfində, Hz. Mikail (ə.s) isə ayaq tərəfində oturdu. Hz. Cəbrail (ə.s) belə dedi: “Təbriklər olsun, təbriklər olsun sənə ey Əbu Talib’in oğlu! Allah səninlə mələklərinə fəxr edir.”Bu vaxt Rəsulullah’a (s.ə.v) Bəqərə surəsinin 207-ci ayəsi endi.”17
6. “Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.” (Bəqərə, 274).
İmam Rza (ə.s) bu ayənin Hz. Əli (ə.s)barədə endiyini təsdiq etmişdir.18 Böyük müfəssir Nəsəfi və muhəddis Suyuti əsərlərində bəhs olunan ayənin Hz. Əli (ə.s) barədə endiyinə dair səhabədən bir çox rəvayətlər etmişlər.55 Abdullah bin Abbasdan belə rəvayət edilir: “Bu ayə Əli bin Əbi Talib (ə.s) barədə endi. Çünki Hz. Əli’nin dörd dirhəmi vardı. Birini gecə, birini gündüz, birini gizli və birini də aşkar şəkildə payladı.”(19.c..4, s.104)
7. “Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər” (Bəqərə, 185).
Buayəni İmam Cəfər Sadiq (ə.s) belə təfsir etmişdir: “Burada ‘yüngüllük’ sözünün mənasında Əmirə’l-möminin Əli b. Əbi Talib (ə.s) nəzərdə tutulmuşdur.”20
8. «Mallarını Allah’ın razılığını qazanmaq və nəfslərini (imanlarını) sabit qədəm etmək yolunda sərf edənlər» (Bəqərə, 265).
İmam Muhamməd Baqir (ə.s) bu ayənin Hz. Əli (ə.s)barədə endiyini təsdiq etmişdir.21
9. “O kitabda heç bir şübhə yoxdur.” (Bəqərə, 2).
Əbu Basir İmam Cəfər Sadiq’dən (ə.s) ayənin təfsiri barədə belə söyləmişdir: “Kitab Əli’dir onda şübhə yoxdur. Müttəqilər üçün hidayətdir.”(22.c. 35, s.402)
10. “Mənim əhdimə vəfa edin” (Bəqərə, 40).
Əli b. İbrahim atasından, o da İbn Uməyrdən, o da Sümaədən rəvayətlə İmam Cəfər Sadiq’in (ə.s) bu ayəni belə şərh etdiyini söyləmişdir: “Siz Əmirə’l-mömin’in vəlayəti ilə (O’nu qəbul etmək və lazım olanları yerinə yetirməklə) Mənim əhdimi yerinə yetirin. Mən də sizi cənnətə götürməklə sizin əhdinizi yerinə yetirim.”23
11. “Sən ancaq (insanları Allah’ın əzabı ilə) qorxudansan. Hərtayfanın (doğru yol göstərən) bir rəhbəri (peyğəmbəri) vardır!” (Rəd, 7).
İbn-i Abbasdan belə rəvayət edilmişdir: “Bu ayə enəndə, Hz. Peyğəmbər belə buyurdu: “Mən qorxudanam, Əli hadidir (hidayət edicidir). Ey Əli! Məndən sonra hidayət arayanlar, səninlə hidayət əldə edəcəklər.”24
İmam Muhamməd Baqir (ə.s) bu barədə belə deyir: “Qorxudan Rəsulullah’dır (s.ə.v). Bizdən hər zaman insanları Allah’ın Peyğəmbəri’nin(s.ə.v) gətirdiyi şeylərə hidayət edən bir yol göstəricisi vardır. Rəsulullah’dan(s.ə.v) sonra yol göstərici Əli’dir(ə.s) və O’nun ardından bir-birindən sonra gələn vasilərdir.”(25.c.1, s.191)
12. “İman gətirib yaxşı işlər görənlərin xoş halına! (Onları) gözəl bir sığınacaq (Cənnət gözləyir)!”(Rəd 29).
Məhəmməd İbn Sirindən rəvayət edilir: “Bu ayədəki Tuba ağacı cənnətdə olan bir ağacdır ki, kökü Əli bin Əbi Talib’in (k.v) evindədir. Cənnətdə nə qədər ev varsa, hamısında bu ağacın bir budağı vardır.”
13. “Və öndə olanlar. Onlar (dünyada Allah yolunda, imanda, əməldə, xeyirdə öndə olduqları kimi, axirətdə də) öndədirlər!” (Vaqiə, 10)
İmam Rza (ə.s) atalarının yolu ilə Hz. Əli’dən (k.v) belə söyləmişdir: “Bu ayə Mənim barədə enmişdir.”(26.c. 35, s.335) İbn Məğazili Abdullah bin Abbasdan söyləmişdir: “Musa’ya (ə.s) ən öndə olan Yuşa bin Nun’dur (ə.s). Yasin surəsinin sahibi (Həbib-i Nəccar) İsa’ya (ə.s) ən öndə olandır. Hz. Muhamməd’ə (s.ə.v) ən öndə olan isə Əli’dir (ə.s)».(27.s.320)
14. “Onlar xeyir işlərdə yarışırlar…” (Muminun, 61).
Bu ayəni İmam Muhamməd Baqir (ə.s) belə təfsir etmişdir: “Əli b. Əbi Talib’i (ə.s) kimsə keçə bilməmişdir.”28
15. “…və möminlərin salihi” (Təhrim, 4).
Bu ayənin təfsirində Rəsulullah (s.ə.v) belə söyləmişdir: “O (möminlərin salihi), Əli b. Əbi Talib’dir (ə.s).”(26.c.4, s.306)
16. “Kim Rəbbi’nin zikrindən üz çevirsə, (Allah) onu məşəqqətli bir əzaba düçar edər” (Cin, 17).
Cabir Cufi belə söyləyir: “İmam Muhamməd Baqir’ə (ə.s), Uca Allah’ın (c.c), buyruğu haqqında soruşanda belə dedi: “Kim Əli’dən (ə.s) üz çevirərsə, çətin bir əzaba düçar olar və o ən şiddətli əzabdır.”(26.c.35,s.395)
17. “(Ya Rəsulum!) De: “Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allah’a çağırırıq.” (Yusif, 108).
Cəfər Fərazi söyləmişdir: “İmam Muhamməd Baqir’ə (ə.s) ayənin təfsirini soruşanda dedi: ‘Mənə tabe olan’ ifadəsindən məqsəd Əli b. Əbi Talib’dir (ə.s).”(26.c.36,s.52)
18. “Və şahidin və məşhud” (Buruc, 3).
Əbdürrəhman b. Kəsir ayənin İmam Cəfər Sadiq (ə.s) tərəfindən belə təfsir olunduğunu bildirdi: “Şahid və Məşhud’dan məqsəd Peyğəmbər (s.ə.v) və Əli’dir (ə.s).”(26.c.1,s.386)
19. “Allah-u Təala’nın “Allah’ın sizə fəzl və rəhməti olmasaydı…” (Nisə, 83).
Məhəmməd b. Fuzəyl, Əbu’l Həsən’dən belə rəvayət etmişdir: Burada ‘fəzl’ sözündən məqsəd Rəsulullah (s.ə.v) və ‘rəhmət’ sözündən məqsəd Əmirə’l-möminin’dir (ə.s).”(22.c.1,s.261)
20. “Valideynizə yaxşılıq edin” (Nisə, 36).
Əbu Basir İmam Muhamməd Baqir (ə.s) tərəfindən bu ayə barədə belə söyləmişdir: “İki atadan birisi Hz. Rəsulullah(s.ə.v), digəriisə Əli’dir(ə.s).”(26.c.36.s.8)
21. “Ey iman gətirənlər! Allah’a, Peyğəmbər’ə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin!” (Nisə, 59).
Cabir b. Cufi Cabir b. Abdullah əl-Ənsaridən bu ayə barədə belə eşitdiyini söyləyir: Cabir dedi: “Ya Rəsulallah (s.ə.v), Allah (c.c) və Rəsulu’nu (s.ə.v) tanıyırıq. Bəs Allah’ın (c.c) itaətlərini Sənin itaətinlə bərabər edən əmr sahibləri kimlərdir?”Rəsul-i Əkrəm (s.ə.v) belə buyurdu: “Ey Cabir! Onlar Məndən sonrakı xəlifələrim və müsəlmanların imamlarıdır. Onların ilki Əli b. Əbi Talib, sonra Həsən, sonra Hüseyn, sonra Əli b. Hüseyn,sonra Tövrat’da Baqir deyə anılan Muhamməd b. Əli’dir. Ey Cabir! Sən onu görəcəksən.Görəndə mənim salamımı ona çatdırarsan. Ondan sonra Cəfər b. Muhamməd Sadiq, sonra Musa b. Cəfər, sonra Əli b. Musa, sonra Məhəmməd b. Əli, sonra Əli b. Məhəmməd, sonra Həsən b. Əli və ən sonuncusu Allah’ın yer üzündəki hüccəti və qulları arasındakı sığınacağı olan, həmçinin mənim adımı, künyəmi daşıyan Həsən b. Əli’nin oğludur. Şanı Uca olan Allah O’nun əliylə yer üzünün Şərq və Qərbini fəth edəcəkdir. O, dostlarının gözündən qeybə çəkiləcəkdir. Bu elə bir qeyb dönəmi olacaq ki, o dönəmdə Allah’ın qəlbini imanla imtahan etdiyi kəsdən başqası onun imaməti üzərində sabit qalmayacaqdır.”29
Digər dəqiq bir hədisdə Əbu Basir bu ayəni təfsir edərək, İmam Muhamməd Baqir (ə.s) tərəfindən belə söyləmişdir: “Əmr sahibləri qiyamət gününə qədər Əli (ə.s) və Fatimə’nin (ə.s) övladlarından gələcək imamlardır.”(30.s.222)
22. “Ey iman gətirənlər! Allah’dan qorxun və (imanında, sözündə, işində) sadiqlərlə birlikdə olun!”(Tövbə, 119).
Abdullah b. Ömər bu ayə ilə əlaqədar söyləmişdir: “Uca Allah Məhəmməd əshabının hamısına Allah’dan (c.c) qorxmalarını əmr etmiş və sonra da sadiqlərlə birlikdə olun!”- buyurmuşdur. Burada “sadiqlər” sözü altında Məhəmməd (s.ə.v) və Əhl-i Beyt nəzərdə tutulmuşdur.”(31.c.3,s.11) İmam Məhəmməd Baqir (ə.s) ayəni belə təfsir etmişdir: “Yəni Əli (ə.s) ilə birlikdə olun!”32 Bir çox alimlər bildirmişlər ki, “Bu ayədəki sadiqlərdən məqsəd Muhamməd (s.ə.v) və Əli’dir (ə.s)”,yaxud “Hz. Məhəmməd (s.ə.v) və O’nun Əhl-i Beyt’idir.”33
23. “De: “Mən sizə ancaq bir öyüd verəcəyəm” (Səbə, 46).
Əbu Həmzə deyir ki, İmam Muhamməd Baqir’ə (ə.s), ayənin açıqlanmasını soruşanda buyurdu: «Yəni, sadəcə sizə Əli’nin (ə.s) vəlayəti ilə öyüd verəcəyəm». Allah-ü Təala’nın (c.c) ayədəki tək öyüdündən məqsəd vəlayətdir.”34
24. “Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allah’dan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir.”(Fəth, 29).
İmam Musa Kazım (ə.s) bildirmişdir ki, “ayə Əli b. Əbi Talib (ə.s) haqqında enmişdir.(35.s.119)
25. “Allah yanında (haqq olan) din, əlbəttə, İslam’dır” (Ali-İmran,19).
İmam Məhəmməd Baqir (ə.s) söyləmişdir ki, “bu ayənin hökmündə məqsəd Əli b. Əbi Talib’invəlayətinə təslim olmaqdır.(35.c.35.s.341)
26. “Hamılıqla Allah’ın ipinə (dininə, Quran’a) möhkəm sarılın” (Ali-İmran, 103).
İmam Cəfər Sadiq (ə.s) bu ayə ilə əlaqədar olaraq “Allah’ın ipi bizik” buyurmuşdur.36 İmam Rza (ə.s) isə atasının yolu ilə Hz. Əli’dənbelə rəvayət edir: “Rəsulullah (s.ə.v) buyurdu ki, qurtuluş gəmisinə minmək və Allah’ın (c.c) ipinə yapışmaq istəyən Əli’ni (ə.s) sevsin, O’nun övladlarından olan hidayətçiləri izləsin!”(37.c.1.s.168)
27. “Halbuki onların yozumunu (həqiqi mənasını) Allah’dan (yaxud Allah’dan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz.” (Ali-İmran, 7).
İmam Cəfər Sadiq (ə.s) deyir: “Elmdə öndərlər, Əmir’əl-möminin Əli (ə.s) və O’ndan sonrakı imamlardır.”(25.c.1,s.213)
28. “Sizin haminiz ancaq Allah, O’nun Peyğəmbər’i və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər. Hər kəs Allah’ı, O’nun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, (hər iki dünyada işləri yaxşı gedər). Şübhəsiz ki, qələbə çalanlar məhz Allah’ın firqəsidir”(Maidə, 55-56).
Həsən b. Zeyd atası Zeyd b. Həsəndən, o da babasından söylədi: “Ammar b. Yasirin belə dediyini eşitdim: ‘Hz. Əli b. Əbi Talib müstəhəb bir namazın rükusunda olduğu halda, önündə bir ehtiyac sahibi yardım istədi. Hz. Əli (ə.s) üzüyünü barmağından çıxarıb ona verdi. Dilənçi Rəsulullah’ın (s.ə.v) yanına gəlib bunları Ona söylədi. Bununla əlaqədar Hz. Peyğəmbər’ə (s.ə.v) bu ayə (Maidə, 55-56) endi. Rəsulullah (s.ə.v) belə buyurdu: “Mən kimin mövlası isəm, şübhəsiz, Əli də onun mövlasıdır. Allah’ım, O’nu sevəni sev, O’na düşmən olana düşmən ol!”(38.c.4.s.3)
29. “Bugün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq İslam’ı bəyənib seçdim.” (Maidə, 3).
Vəda Həccindən sonra zilhiccə ayının 18-də Qədr-i Xum xütbəsi oxunanda enən bu ayə Hz. Əli’ninvəlayəti haqqında enmişdir. Bunu eynilə təsdiq edən bir çox dəqiq rəvayətlər mövcuddur: “Rəsulullah (s.ə.v) xalqı Qədr-i Xum’da topladı və Əli b. Əbi Talib’əitaətə dəvət etdi. Sonra Əli’nin (ə.s) qolundan tutaraq, qolunun altı görünənə qədər qaldırdı və buyurdu: “Mən kimin mövlası isəm, Əli də onun mövlasıdır. Allah’ım, onu sevəni sev, ona düşmən olana düşmən ol, ona yardım edənə yardım et, yardım etməyərək yalnız buraxanı yalnız burax!” Ardından camaat dağılmamış, “Bu gün dininizi sizin üçün kamil etdim” – ayəsi endi. Bundan sonra Rəsulullah buyurdu ki: “Allahu Əkbər! Din kamil oldu. Nemət tamamlandı. Uca Allah Mənim risalətimə, Əli’nin də vəlayətinə razı oldu.”39
30. “Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quran’ı) təbliğ et. Əgər (bunu) etməsən, (Allah’ın) risalətini (sənə həvalə etdiyi elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan.”(Maidə, 67).
Vahidi və Şəvqani bildirmişdir ki, “Bu ayə, Qədr-i Xum günü Əli bin Əbi Talib (ə.s) haqqında endi.”(40.c.2, s.57)
31. “(Bu müşriklər) bir-birindən nə haqqında soruşurlar? Böyük bir xəbər haqqında! Elə bir xəbər ki, onun barəsində ixtilafdadırlar.”(Nəbə, 1-2).
İmam Rza (ə.s), bu ayənin təfsirində Əmir’əl-möminin Hz. Əli’dən (ə.s) belə söyləmişdir: “Allah’ın (c.c) Məndən daha böyük bir xəbəri yoxdur. Allah’ın (c.c) məndən daha böyük bir ayəsi də yoxdur. Müxtəlif dillərdə danışan keçmiş ümmətlər mənim fəzilətimi təsdiqləmədilər.”(41.c.8.s.163) Bu ayə ilə əlaqədar Rəsulullah (s.ə.v) buyurdu: “Quran’da keçən böyük xəbər Əli’dir.”(38.c.20,s.545)
32. “Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. Onu tutub gedin.” (Ənam, 153).
Əbu Həmzə Sümali tərəfindən belə söylənmişdir: «İmam Cəfər Sadiq’dən (ə.s), Uca Allah’ın(c.c)buyruğunun təfsirini soruşanda belə buyurdu: “Vallahi o Əli’dir (ə.s) ki, həm mizandır, həm də sırat.”(42.s.79)
33. “Onları tutub saxlayın, çünki sorğu-sual olunacaqlar!” (Saffat, 24)
Rəsulullah (s.ə.v) buyurdu: “Qiyamət günü olanda, Uca Allah iki mələyə əmr edib, sırat üzərində oturdacaq. Beləliklə, Əli b. Əbi Talib’dən şəhadətnaməsi olmayan oradan keçə bilməyəcəkdir.Kimin yanında şəhadətnaməsi olmasa, Allah onu üzü üstə cəhənnəmə atacaqdır.Allah-u Təala bu ayəsində bunu nəzərdə tutmuşdur.”(38.c.3.s.105)
34. “Haqqı (Quran’ı) gətirən və onu təsdiq edənlər (Peyğəmbər və möminlər) isə əsl müttəqilərdir.” (Zumər, 33)
İbn-i Abbas bu ayənin təfsirində yazmışdır: “Ayədəki ‘Haqqı gətirən’ Hz. Muhamməd (s.ə.v), ‘onu təsdiq edən’ isə Əli b. Əbi Talib’dir (ə.s).”43
35. “Allah’a və Peyğəmbərinə iman gətirənlər – məhz onlar öz Rəbbi dərgahında olan siddiqlər (özündə-sözündə doğruolanlar) və şəhidlərdir. Onların (qiyamət günü) öz mükafatları və (qıl körpüsü üstündə onlara yol göstərəcək) öz nurları vardır.” (Hadid, 19)
İbn-i Abbas bu ayənin Hz. Əli (ə.s) haqqında endiyini söyləmişdir.44
36. “Biz hər şeyi hesaba alıbaçıq-aydın bir ‘imam’da təsbit etmişik.”(Yasin, 12).
Bu ayə barədə İmam Cəfər Sadiq (ə.s) atası və babasından (Hz. Hüseyn) belə rəvayət edir: “Bu ayə enəndə Hz. Ömər və Əbu Bəkr Rəsulullah’dan (s.ə.v) soruşdular: “Ya Rəsulallah! Quran’da keçən bu imam Tövrat, İncil, Zəbur və ya Quran’dır?” Rəsulullah, “Xeyr” dedi. Həmin anda atam (Hz. Əli) Rəsulullah’ın (s.ə.v) hüzuruna gəldi. Rəsulullah (Onu göstərərək) belə buyurdu: “Allah’ın hər şeyin elmini içində hesaba aldığı imam bax budur.”45
Abdullah bin Abbas belə rəvayət etmişdir: “Bu ayə enəndə, Rəsulullah (s.ə.v) buyurdu: “Mən bu qövmü Allah’ın əzabından qorxudanam, Əli isə bu qövmü hidayətə yetirəndir. Ey Əli! Hidayətə gələnlər, ancaq Səninlə hidayətə yetişəcəklər.”(46.s.122)
37. “Döyüşdə (zəfər çalmağa) Allah möminlərə kifayət etdi.”(Əhzab, 25).
Buayə haqqında Abdullah bin Məsud belə deyir: “Bu ayəni Abdullah bin Məsud belə oxuyurdu: “Döyüşdə (zəfər çalmağa) Allah (c.c)möminlərə Əli (ə.s) iləkifayətetdi.”(878.s.380) İmam Suyuti də bu ayənin Hz. Əli (ə.s) haqqında olduğunu söyləmişdir.Xəndək döyüşündə müşriklərin məşhur pəhlivanlarından Amr bin Abduvəd müsəlman əsgərlərindən birini təkbətək döyüşə çağıranda heç kim ona qarşı döyüşməyə cürət etməmişdir. Bu zaman hələ yenicə həddi-buluğa çatmış gənc İmam Əli (ə.s) Rəsulullah’dan (s.ə.v) izin alıb, o kafirin şərini İslamın üzərindən çəkmişdi. Bu ayə də bununla əlaqədar endi.(43.c.6.s.590)
38. “Həqiqətən, Allah və O’nun mələkləri Peyğəmbər’ə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın!”(Əhzab, 56).
Rəsulullah’a (s.ə.v.) bu ayə ilə əlaqədar – “Sənə necə salavat edək?”-deyə soruşulanda, belə buyurdu: “Belə deyin: “Allah’ım, İbrahim’ə və Al-i İbrahim’ə bərəkət verdiyin kimi, Məhəmməd və Al-i Məhəmməd’ə də bərəkət ver. Doğrusu, Sən tərifə layiq və ulusan.”47
39. “Rəbbindən açıq-aydın bir dəlilə istinad edən və O’ndan olub, ardınca Allah’dan bir şahid gələn…” (Hud, 17).
Böyük müfəssir Təbəri bu ayə ilə əlaqədar deyir: «Bir gün İmam Əli (ə.s) xalqa belə müraciət etdi: “Qüreyşlilərin hər biri barədə mütləq bir və ya iki ayə enmişdir.” İnsanlardan biri ayağa qalxıb dedi: “Ey Əli! Sənin haqqında nə endi?” İmam Əli (ə.s) cavabında buyurdu: “Hud surəsindəki ayəni oxumadınmı? Onda belə buyurulmuşdur: “Rəbbindən açıq-aydın bir dəlilə istinad edən Rəsulullah’dır (s.ə.v). O’ndan olub, ardınca Allah’dan (c.c) bir şahid gələn isə İmam Əli’dir.” (48.c.12.s.15) Mühəddis Suyuti bu ayə haqqında yazır: “Bu ilahi bəyanda Rəsulullah’dan (s.ə.v) olub, O’nu təqib edən şahid İmam Əli’dir .”(43.c.4.s.409-410)
40. “İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən yaxşılarıdır.”(Bəyyinə, 7).
Bu ayə enəndə Rəsulullah (s.ə.v) Hz. Əli’yə belə buyurdu: “Xalqın ən xeyirlisi olan Sən və tərəfdarlarındır. Sən və Sənin ardınca gələnlər qiyamət günündə razı olduğunuz və razı olunduğunuz bir şəkildə gələcəksiniz. Sənin düşmənlərin isə qəzəbli və suçlu şəkildə gələcəklər.” Bununla əlaqədar İmam Əli (ə.s) “Ey Allah’ın Rəsulu (s.ə.v), Mənim düşmənlərim kimlərdir?”– deyə soruşdu. Rəsulullah (s.ə.v) belə buyurdu: “Sənin düşmənlərin Səndən uzaqlaşıb, Sənə lənət edənlərdir. Lakin Ərş’in kölgəsinə öndə gedən xeyirxahların xoş halına!” İmam Əli (ə.s) soruşdu: “Onlar kimlərdir?” Rəsulullah (s.ə.v) buyurdu: “Onlar Sənin tərəfdarların və Səni sevənlərdir.”(46.s.122)
41. “De ki: Allah’ın fəziləti və rəhməti ilə…”(Yunus, 58).
İbn Asakir bildirir ki, Abdullah bin Abbas dedi: “Allah’ın (c.c) fəziləti Rəsulullah (s.ə.v), rəhməti isə Əli’dir (ə.s).”(49.s. 428)
42. “Batmaqda olan ulduza (Sürəyya ulduzuna) and olsunki, Sizin yoldaşınız (Muhamməd əleyhissəlam) nə haqq yoldan sapmış, nə də azmışdır! O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir.” (Nəcm, 1-4).
İbn Məğazili böyük səhabə Ənəs bin Malik tərəfindən rəvayət edərək dedi: “Bir gün Rəsulullah (s.ə.v) ilə birlikdəydik. Birdən göydən bir ulduzun axdığını gördük. Bununla əlaqədar Rəsulullah (s.ə.v) buyurdu: “Bu ulduz kimin evinə düşərsə, o adam, Məndən sonrakı xəlifəmdir.” Biz gedib baxdıq ki, ulduz Əli’nin (ə.s) evinə düşmüşdür. Məhzbununlabağlıolaraqbuayə endi.”(50.s.266)
43. “Əgər bilmirsinizsə, zikr (kitab, elm) əhlindən soruşun!”(Nəhl, 43).
İmam Muhamməd Baqir (ə.s) belə buyurur: “Bu ayə enəndə, İmam Əli (ə.s) buyurdu ki, “Zikr əhli bizik! Uca Allah (c.c) Kitabında bizi nəzərdə tutmuşdur.”51
MƏNBƏLƏR
- Habi-i Şirbini, Tefsir, c.3, s.230.Əllamə İbn Hacər Həysəminin ‘Səvaiq’ adlı əsərində Saləbidən nəqlən yazdığına görə belədir.
- Ayetullah Uzma Muhammed Fazıl Lenkarani, “Ehl-i Beyt, Mizan’ul-İ’tidal”, ez-Zehebi, Dar-ul Marifet basımı. Sünen, Beyhaki, Haydarabad. 1965.
- Enes b. Mâlik, Bera b. Azib, Hz. Resulullah’ın kölesi Sevban, Hz. Resulullah’ın ve Hz. Eli’nin kölesi Ebu Hama, Hekim b. Sa’d, Hemmad b. Derda, Zeyd b. Erkam, Zeyneb binti Ebi Seleme, Sa’d b. Ebi Veqqas, Ebu Said El Hudri, Ümmü Seleme, Şeddad b. Ammar, Şehr b. Huşeb, Hz. Aişe, Abdullah b. Câfer, Abdullah b. Abbas, Abdullah b. Muin, Ata b. Ebi Rebah, Ata b. Yesar, Atiye el- Avfi, İmam Eli b. Hüseyn Zeynel Abidin, Ömer b. Ebi Seleme, Umret bint-i Ef’a, Katade, Mücahid b. Cebril Mekki, Muhammed b. Sevka, Ebu Muaddil-i Tafavi, Ma’kal b. Yesar, Vasile b. Eska ve digərləri. – Ahmed b. Hanbel, Müsned, c. 2, s. 18; c. 3, s. 285, 359; c. 6, s. 292, 296, 298, 304, 323; Taberî, Tefsir, 22, 5, 7 (Təbəri, bunu on dörd yolla rəvayət etmişdir); Kurtubi, Tefsir, c. 14, s. 182; İbn Kesir, Tefsir, c. 3, s. 492-495 (On doqquz yolla rəvayət etmişdir); Bahru’l Muhit, c. 7, s. 228; Durrü’l Mensur, c. 5, s. 198, 199; Fethu’l Kadir, c. 4, s. 349-350 (“Bu ümumi görüşdür” deməkdir.) Həmçinin Ebu’l Esved ed-Dueli, Câbir b. Abdullah el-Ensari, Ebu Zer Giffari, Şehr b. Ebu Huşeb, Ali b. Zeyd, Ömer b. Meymun el-Evdi, Vasile b. Eska. Tefsir-ü-Fırat-ı Kufi, s. 121; Tefsir-ü Hibri, s. 297, 311, Tefsir-ü Tibyan, c. 8, s. 339; Tefsir-ü Mecma’il-Usul’il-Kafi, Küleyni, c. 1, s. 286-287, Kemal’ud-Din ve Temam’un-Ni’met, Şeyh Sâduk, c. 1, s. 278; İbni Tavus, Su’d b. Suud, s. 106, 107.
- Ahmed b.Hanbel, Müsned, c. 1, s. 331, c. 2 s. 285, c.3 s. 285, c. 4 s.107, c.6 s.292, 296, 298, 304. \ 2. Ahmed b. Hanbel, Fezail’üs-Sahabe, c. 2, s.66, 67, 102. \ 3. Buhari, Tarih’ul Kebir, c. 1, s. 69, 70, 110. \ 4. Müslim, Sahih, c. 4, s. 1883. \ 5. Tirmizi, el-Cami’us-Sahih, c. 5, s. 351, 352, 663, 699. \ 6. Nesai, Hasais-u Emir’il Mü’minîn, s. 37, 49. \ 7. Taberanî, el-Mu’cem’ul Kebir, c. 3, s. 46/2662, s. 47/2666, s. 49/2698. \ 8. Taberanî, el-Mu’cem’us-Sağir, c. 1, s. 135. \ 9. Belazuri, Ensab’ul Eşraf, c. 2, s. 104. \ 10. Beğavi, Mesabih’us-Sünne, c. 4, s. 183/3796. \ 11. Beğavi, Mealim’üt-Tenzil, c. 4, s. 464. \ 12. El-İhsan bi Tertib-i Sahih-i İbn-i Hibban, c. 9, s. 61/6937. \ 13. Tahavi Müşkil-ül Asar, c. 1, s. 332. \ 14. İbn AbduRebbih el-Endelüsi, Ikd’ul Ferid, c. 4, s. 311 \ 15. Hakim Nişaburi, el-Müstedrek’ü ale’s-Sahihayn, c. 2 s. 416, c. 3 s. 133, 146, 147, 158, 172. \ 16. Vahidi, Esbab-ün Nüzûl, s. 203. \ 17. İbn Abdilberr, el-İstiab fi Marifet’il Ashab, c. 3 s. 1100. \ 18. Hatib Bağdadi, Tarih’ül Bağdad, c. 10, s. 278/5396. \ 19. Hazin, Tefsir’ül Hazin, c. 5, s. 259. \ 20. İbn Esir, Usd’ul Ğabe fi Marifet’is-Sehabe, c. 2 s. 10, 13, 19, 21; c. 4 s. 4, 46, 47, 110; c. 5 s. 497; c. 6 s. 78, 79. \ 21. İbn Esir el-Cezeri, Cami-ul Usul, c. 9 s. 155/6702, 6703. \ 22. Cessas, Ahkam’ul Kur’an, c. 3, s. 529. \ 23. İbn Arabî, Ahkam’ul Kur’an, c. 3, s. 1538. \ 24. İbn Cevzî, Tezkiret-ül Havas’ıs-Sıbt, s. 233. \ 25. Zemahşerî, el-Keşşaf, c.1, s.369. \ 26. Razi, Mefatih’ul Ğayb, c. 8, s. 71. \ 27. İbn-i Asakir, Tercemet-ül İmam Eli min Tarix-i Demeşq, Muhammed Baqir Mahmudi incelemesi, c. 1, s. 273, 274 / 322; Tercemet’ül İmam Hüseyn, s. 61, 77, Mahmudi Müessisesi. \ 28. İbn Teymiyye, Minhac’üs-Sünne, c.3, s.4; c. 4, s.20. \ 29. Zehebî, Tarih’ül İslam, c.3, s. 44; c. 5, s. 95, 96. \ 30. Zehebî, Siyer-ü A’lam’in-Nubela, c. 2, s. 122. \ 31. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, c. 7, s. 338. \ 32. İbn Hacer, el-İsabe fi Temyiz’is Sahabe, c. 4, s. 270. \ 33. Heysemi, Mecma’uz Zevaid ve Menba’ul Fevaid, c. 7, s. 91; c. 9 s. 119, 121, 146, 167, 169, 172. \ 34. İbn Hacer el-Askalanî, Tehzib-üt Tehzib, c. 2, s. 297. \ 35. Suyuti, el-İtkan fi Ulum’il Kur’an, c.4, s. 227. \ 36. Suyuti, Durr-ül Mensur, c. 5, s. 198, 199. \ 37. İbn Hacer Heytemi, Sevaik’ul-Muhrika, s. 139, 143, 144, 229. \ 38. Mütteqi Hindî, Kenz’ul Ummal, c. 13, s.163/36496. \ 39. Şevkani, Feth’ul Qadir, c. 4, s. 349, 350. \ 40. Təthir ayəsinə dair Əhl-i Beyt’in fəziləti ilə əlaqəli müxtəlif əsərlər.
- Tarih-i Ebi’l-Feda c. 1, s. 156/El-Hisal, Şeyh Sâduk s. 432/El-İhticac, Taberi c. 1, s. 186.
- Rical-i Keşşi.
- Tirmizi, Sünen, c. 13, s. 178; Ceva’hirül- Metalib c.1, s. 241; Taberi, Zehairül-Ukbâ s. 94. 1001 Hadis, A.R. Sabiri.
- Müstedrek-i HakimNişaburi, c. 3, s. 392; Tabakatu’l Kübra, c. 3, s. 161.
- İsna Aşeriyye.
10. Müstedrek-Sahihayn, c.2, s.367; İbn Cevzi, Tezkiretü’l-Havass, s.34; oxşar bir rəvayət, Yenabiü’l-Mevedde, Kunduzi, s.254.
11. İbn Hacer, “Savaik’ul-Muhrika”, s.148-175; Zerkani, Şerh’ül Mevahib, c.7, s.7; Sabban, İs’af’ur-Rağibin, s.119.
12. Müsned-i Ahmed b. Hanbel, Beyrut 1989.
13. Ahmed b. Hanbel, Müsned, c. 1, s. 185; Müstedrek’u ala’s Sahihayn, c. 3, s. 150; Fethu’l Bari, c. 7, s. 105.
14. Celaluddin Suyuti, “Durrü’l Mensur”.
15. Zehairü’l-Ukba s. 71; El-Gadir c. 10, s. 279; İhkâkü’l Hak c. 7, s. 119; Cevahirü’l-Metalib c. 1, s. 1001.
16. Esbab-ı Nüzul, Vahidi, s. 251; el-Keşşaf, Zemahşeri, c. 4, s. 670. Vahidi, “əl-Basit” adlı əsərində, Əbu İshaq Sələbi öz təfsirində, bu ayələrin sadəcə bu insanlara aid olduğunu müəyyən etmişlər.
17. İbn Sebi’ Mağribi, Şifaü’s Sudûr; Taberani, Mu’cem’ul Evsat ve Kebir; İbn Esir, Usd’ül-Gabe, c.4, s.25; Nuruddin b. Sabbağ el Malikî, Fusulu’l Mühime Fi Marifet-il Eimme, s.33; Ebu İshak Salebi, Tefsir; Fazıl Nişaburî, Tefsir; İmam Fahr-i Râzî, Tefsir; Celaluddin Suyuti, Tefsir; Hafız Ebu Nuaym el-İsfehani, Ma Nezei’el Kur’an-u Fi Ali; Hatip Harezmî, Menakıb; Şeyh’ul İslam İbrahim b. Muhammed Hemvini, Feraid; Muhammed b. Yusuf Genci eş-Şafii, Kifayet’üt-Tâlib, 62. bâb; İmam Ahmed b. Hanbel, Müsned; Muhamed b. Cerir Taberî (müxtəlif kanallardan rəvayət etmişdir); İbn Hişam, Siretü’n-Nebi; İmam Gazali, İhya-u Ulûm, c.3, s.223; Ebu Seadat, Fezail-u İtret’it-Tahire. İbn Əbi’l Hadid, Nəhcü’l-Bəlağa Şərhi; Sibt b. Cəvzî, Təzkirət’ul Havas, s.21. Yuxarıda adlarını çəkdiyimiz alimlərin əsərlərinə istinad edərək, Şeyx Süleyman Bəlxi Hənəfi, ‘Yənabi’ül Məvəddə’ əsərində (bab 2.) bunları söyləmişdir.
18. Biharü’l Ənvar c. 41, s. 35.1001 Hadis Işığında İmam Ali, A.R. Sabiri s. 96.
19. Nesefi, Medarik’ut-Tenzil, c.1, s.183; Es-Suyutî, ed-Dürr’ül-Mensur, c. 2, s. 100-101.
20. Biharü’l Envar c. 36, s. 128; el Hikem üz Zahire c. 1, s. 76.
21. Ayyaşi. Tefsir, c. 1, s. 148; Biharü’l Envar c. 41, s. 35.
22. Ayyaşi. Tefsir.
23. Biharü’l-Envar, c. 35, s. 97; el-Kâfi, c. 1, s. 431.
24. İhkâku’l Hak c. 4, s. 301; İsbatü’l Hüdat c. 2 s. 237; Nûrü’l Ebsar s. 87.
25. Usul-ü Kafi, c.1, s.304; E’lamu’l Vera, s.152; Biharü’l Envar, c.46, s.16; Menakıb-i İbn-i Şehraşub, c.4, s.172. Kafi, c.1, s.58.
26. Bihar’ul-Envar. Muhammed Bâkır el-Meclisi, “el-Vefa” Beyrut.
27. Muhammed Sitare-i ki Der Mekke Dirahşid.
28. Biharü’l Envar c. 35, s. 332; Menâkıbu Ali b. Ebi Tâlib c. 2, s. 116.
29. Kemalü’d-Din s. 253; Kunduzî el-Hanefi, Yenabiü’l Mevedde, s. 114-117-494; Hâkim el- Heskâni el-Hanefi, Şevâhid’üt-Tenzil; Tefsiri Kemalü’d-Din s.250. 1001 Hadis Işığında İmam Ali, s.258.
30. Kemal’ud-Din, Muhammed b. Ali b. Babeveyh el-Kummi, Kum. “Neşr’ul-İslami” müessesesi.
31. Menakıb-u Ali b. Ebi Tâlib s. 231. 1001 Hadis Işığında İmam Ali, s.253.
32. Nurü’s-Sekaleyn Tefsiri c. 1, s. 82; İsbatü’l-Hüdat c. 2, s. 28.
33. Zehairu’l Ukba, Muhibiddin Ahmet b. Abdullah b. Muhammed et-Taberi el- Mekki eş-Şafii, Baskı: Mısır, H. 1350.
34. Kâfi, c.1, s. 420; İsbatü’l-Hüdat, c. 2, s. 99; Biharü’l-Envar, c. 36, s. 143.
35. Keşfü’l-Yakîn.
36. Hasais’ul-Vahy’il-Mubin, s. 183; Tusî, el-Emali, c. 1, s. 278.
37. Şevkani, Feth’ül- Kadir.
38. İhkâkü’l Hak.
39. Menakıb, İbn-i Meğazili, s. 201, Menakıb-i Harezmi, s.42.
40. Tabakat, Muhammed b. Sa’d.
41. Seyyid Abdu’l-Hüseyin Şerafettin, Müraciat, Halep 1961. Senfinetü’l Bihar c.88, s.402. A.R.Sabiri. s.191.
42. Besairü’d-Derecat.
43. Celaluddin Suyuti, “Durrü’l Mensur”.
44. Ahmed b. Hanbel, Müsned; Hafız Ebu Nuaym İsfahani, Ma Nezele Min’el Kur’ani Fi Ali.
45. Hüsamettin el-Mirdi el-Hanefi, Âl-i Muhammed, s. 515; Süleyman el-Kunduzi, Yenabiü’l- Mevedde, s 77; Şeyh Saduk, Meani el-Ahbar, s. 95; Sadık eş-Şirazi, Ali’yyün Fil-Kur’an, c. 2, s. 88; Meclisi, Biharü’l Envar, c. 35 s. 427; İbni Şehraşub, Menakıb Ali b. Ebi Tâlib, c. 3, s. 64; İbn Asakir, Savaik 3, Bâb 9, s. 76; İbn Sebi’ Mağribi, Şifaü’s-Sudûr; Taberani, Mu’cem’ul Evsat ve Kebir; İbn Esir, Usd’ül-Gabe, c. 4, s. 25; Nuruddin b. Sabbağ el-Malikî, Fusulu’l Mühimme Fi Marifet’il Eimme, s. 33; Ebu İshak Salebi, Tefsir; Fazıl Nişaburî, Tefsir; İmam Fahr-i Razî, Tefsir; Celaluddin Suyuti, Tefsir; Hafız Ebu Nuaym el-İsfahani, Ma Nezele’l Kur’an Fi Ali; Hatib Harezmî, Menakıb; Şeyh’ul İslam İbrahim b. Muhammed Hemvini, Feraid; Muhammed b. Yusuf Genci eş-Şafii, Kifayet’ût-Talib, 62. Bâb; İmam Ahmed b. Hanbel, Müsned; Muhamed b. Cerir Taberî (müxtəlif kanallardan rəvayət etmişdir); İbn Hişam, Siretü’n-Nebi; İmam Gazali, İhya-u Ulûm, c. 3, s. 223; Ebu Seadat, Fezail’u Itret’it-Tahire; İbn Ebi’l Hadid, Nehcü’l-Belağa Şerhi; Sibt b. Cevzî, Tezkiret’ul Havas, s.21.
46. Maverdi, el-Ahkâm.
47. Buhari, Sahih, c. 6, s. 217 / 291; Müslim, Sahih, c. 1, s. 305/405, 406; Tirmizi, Sünen, c. 5, s. 359; İbn Mâce, Sünen, c. 1, s. 293 / 904; Ahmed b. Hanbel, Müsned, c. 5, s. 353; Razî, Tefsir, c. 25, s. 227; Taberanî, Mu’cem’us-Sağir, c. 1, s. 180.
48. Taberî, Cami’ul- Beyan, c. 12, s.15, Hud surəsi 17-ci ayənin təfsirində.
49. İbn Asakir, Tarih’ü Medinet-i Dımaşk.
50. Muhammed Sitare-i ki Der Mekke Dirahşid.
51. Tâc s. 3, s. 297; Sahih-i Tirmizi c. 13, s. 168.
52. İbn Asakir, Savaik, fasıl 3, bâb 9, s. 76.
53. Müslim, Sahih, c.4, 1871; Tirmizi, Sünen, c.5 s.225; Mesabih’üs Sünne, c.4, s.183; Kâmil Fi’t-Tarih, c.2, s.293; Vahidî, Esbab’un-Nuzül, s. 60; Razi, Tefsir, c.8, s. 81; Zemahşeri, Tefsir, c.1, s.368; Kurtubî, Tefsir, c.4, s.104; Nesefî, Tefsir, c.1, s. 221.
54. Seyyid Muhammed Musevi, Peşaver Geceleri, Terc. F. Altan, K. Çelik, İstanbul 2008.
55. Numani, El-Gaybet.