Milli Qurtuluş günü, Azərbaycan Respublikasında rəsmi bayramlardan biridir. 1997-ci ilin 15 iyun günündən etibarən qeyd olunan bayrama, 1998-ci ildən dövlət statusu verilmişdir. Müstəqilliyin ilk illəri siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının boşluğu ilə əlamətdar idi. Ermənistanın ilhaqçılıq niyyəti güdən təcavüzü respublikada vəziyyəti daha da gərginləşdirirdi. Vətənin bu ağır dövründə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri kimi bu diyarın xilası yolunda fədakarlıq nümunələri göstərən Heydər Əliyev hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
Bayramınız mübarək …