Müaviyənin xəlifəliyi barədə İmam Əzəm Əbu Hənifə deyir: “Şamlılar bizi sevmirlər. Çünki Hz. Əli və Müaviyənin hər hansı bir cəhbəsində iştirakımız tələb ediləndə, ‘biz ancaq Əlinin əsgərlərindən olarıq’ deyirik. Əhli-hədis kimi tanınanlar da bizi sevmirlər. Çünki biz Əhli-Beyt’i sevir, ona könüldən bağlanır, xilafətin Hz. Əlinin haqqı olduğuna inanır və müdafiə edirik.”
Xilafət məsələsində İmam Əzəm, İmam Qəzali, Hz. Fatimə (ə.s) və Hz. Əlinin (ə.s) sözləri olduğu təqdirdə, başqa birisinin sözünü dinləməyə ehtiyac qalmaz. Ayə və hədisin olduğu bir mövzuda ictihad etmək, vəhy ilə ağlın münaqişəsidir. Bu metod şərqşünaslar tərəfindən geniş istifadə olunur. Hz. Əli (ə.s) və Hz. Fatimənin (ə.s) sözünün qarşısına söz qoymağa heç bir alimin haqqı yoxdur. Hz. Peyğəmbər (s.ə.v), İmam Əli (ə.s) və Hz. Fatimənin (ə.s) konkret ifadələri mövcud olduğu təqdirdə, İmam Rəbbaninin fərqli bir fikir ortaya qoyması tamamilə batildir.
Mənbə: Prof. Heydər Baş, “Əhli-Beyt, Tövhidin mərkəzidir”, səh.18