Mehdi (ə.s) Əhli-Beyt İmamlarının böyük təzyiq və zülm altında olduqları dövrdə, Abbasi xəlifəsinin sarayının yaxınlığında Hicri 255-ci ilin Şaban ayının on beşinci gecəsində düşmənlərin gözündən uzaq bir şəkildə dünyaya gəldi. Beləcə Allahın qəti iradəsi reallaşmış oldu.
Hz. Mehdinin (ə.s) dünyaya gəlişindən sonra, atası İmam Həsən Əskəri (ə.s) ancaq beş il həyatını davam etdirə bildi.
İmam Mehdi (ə.s) Hicri 255-ci ilində dünyaya gəldi, İmam Həsən Əskəri (ə.s) isə Hicri 260-cı ilinin Rəbiu’l-əvvəl ayında Abbasi xəlifəsi tərəfindən verilən zəhər nəticəsində şəhadətə çatdı. Beləcə bu beş il dövründə İmam Həsən Əskərinin (ə.s) ən çox əhəmiyyət verdiyi məsələ, oğlu Hz.Mehdini (ə.s) düşmənlərin gözündən uzaq tutmaq, hətta Abbasi xəlifələriylə çox yaxın əlaqəsi olan öz qardaşı Cəfərdən belə gizləmək və Allahu-Təalanın özünə belə bir övlad verdiyini gizlədərək onların xəbərdar olmasını önləmək olmuşdur.
Mərhum Şeyx Müfid, imamətlə əlaqədar “əl-İrşad” adlı əsərində belə deyir:
“İmam Həsən Əskəri (ə.s), özündən sonra haqq dövlətini qurmaq üçün gözlənilən oğlunu İmam olaraq buraxdı. Dövrün sultanı, İmamiyyə Əhli-Beyt Məktəbi inancına görə belə bir İmamın gələcəyi məşhur olduğu və Əhli-Beyt dostlarının bu İmamın gəlişini gözlədiyini bildiyi üçün çox ciddi bir şəkildə onu axtarırdı. İmam Əskəri (ə.s) də buna görə oğlunun dünyaya gəlişini gizləmiş və Onu həyatı dövründə aşkar etməmişdi. Buna görə Əhli-Beyt Məktəbinin xaricində qalan bir çox insan bu İmamı tanımamışdır.”
Hz. Mehdinin (ə.s) dünyaya gəlişinin gizli tutula bilməsinə köməkçi olan müxtəlif faktorlar vardır.
Bu faktorlardan biri, İmamın anasının cariyə olması, cariyələrin əsl görəvlərinin evlərdə xidmətçi olması səbəbiylə vəziyyətlərinin çox diqqət çəkməməsi olmuşdur. Yaxın və xüsusi dostlarına gəlincə, Hz. İmam Həsən Əskəri (ə.s) Hz. Mehdinin (ə.s) dünyaya gəldiyini onlara bildirməsiylə həqiqəti axtaranların qurtuluş yolunu tapa bilmələri üçün möhkəm bir vəsilə ortaya qoymuşdur. Bu məzmunda Hz. İmam Həsən Əskəri (ə.s) dövründə Hz. Mehdi’nin (ə.s) varlığından xəbərdar olan bəzi şəxsiyyətlərin olduğunu görməkdəyik.
Mərhum Şeyx Tusi, “Qeyb” adlı kitabında Əli b. Bilal, Əhməd b. Hilal, Məhəmməd b. Müaviyə b. Hakim və Həsən b. Əyyub kimi Əhli-Beyt dostlarının öndə gələnlərindən belə nəql edir:
“Bir dəfə İmam Həsən Əskəridən (ə.s), ondan sonrakı İmamın kim olduğunu soruşmaq üçün toplandıq, arada keçən söhbətlərdən sonra İmam buyurdu ki: ‘Məndən sonrakı İmamın kim olduğunu soruşmaq üçün yanıma gəldiniz, deyilmi?’ Biz, “Bəli” dedik. Bir az gözlədikdən sonra (İmam evdəki otaqlarından birinə girib) üzü bədirlənmiş ay kimi olan, İmam Həsən Əskəriyə (ə.s) çox bənzəyən bir uşaq gətirdi. ‘Bu, məndən sonra sizin İmamınız, mənim də xəlifəmdir. Ona itaət edin, ayrılığa düşməyin, yoxsa dininiz barəsində həlak olarsınız. Amma bunu da bilin ki, bu gündən sonra artıq Onu görə bilməyəcəksiniz; sizlər Osman b. Səidin gətirdiyi sözləri qəbul edin, əmrinə tabe olun, o İmamınızın sözcüsüdür və əmri Onun əmridir’ deyə buyurdu.”
Yenə Küleyni “Üsuli Kafi”-də və Şeyx Saduk “Kamalud-Din” kitabında Əhməd b. Sad Əşaridən bunları nəql etdi:
“Əhməd belə dedi: ‘İmam Həsən Əskərinin (ə.s) hüzuruna çıxdım və ondan sonrakı İmam haqqında soruşdum. İmam, “Ey Əhməd, Allahu-Təala Hz. Adəmi yaratdığından bugünə qədər və bu gündən qiyamətə qədər yer üzünü Höccətsiz buraxmamış və buraxmaz da! O Höccət ki, Allah Onun vasitəsiylə insanlardan bəlaları qaldırar, yağışı yağdırar və yerin bərəkətlərini çıxarar.” Dedim ki: ‘Sizdən sonrakı İmam və Xəlifə kimdir? Bunu öyrənmək istəyirəm.’ İmam dərhal qalxıb evə girdi və üzü ay kimi parlayan üç yaşlarında bir uşağı çiyinində daşıyaraq gətirdi. “Ey Əhməd b. İshak, əgər sənin Allah yanında və Allahın höccətləri yanında qiymətli bir mövqeyin olmasaydı, oğlumu sənə göstərməzdim. Uşağımın adı və ləqəbi Rəsulullahın adı və ləqəbidir. Yerin zülm ilə dolduğu kimi onu ədalətlə dolduracaq olan da Budur. Ey Əhməd, Onun bu ümmətdəki yeri, Xızırın və Zülqərneynin yeri kimidir. Allaha and olsun ki, o elə bir Qeyb dövrü keçirəcək ki, tək Allahın, özünü Onun imaməti və zühurunun yaxınlaşması üçün dua etməyə müvəffəq etdiyi kəslər xaric, kimsə həlak olmaqdan xilas olmayacaq. İmamətə inananlardan çoxu da dönəcək. Bizim vəlayətimiz üzrə Allahın əhd aldığı, ürəyində imanı yazdığı və öz rəhmətiylə dəstəklədiyi kəslər xaric hər kəs bu inancdan məhrum olacaq.”
Sonra, “Ey Əhməd, bu, Allahın əmrlərindən bir əmrdir. Onun gizli sirrlərindən bir sirrdir. Sənə dediyimi yaxşıca yadda saxla və Allaha şükredənlərdən ol’ buyurdu.”
İmam Həsən Əskəri (ə.s), Hz. Mehdinin (ə.s) dünyaya gəlməsindən sonra, bu böyük nemətdən ötəri Allah’a şükr məqsədiylə və bəlkə də xüsusi dostlarını xəbərdar etmək üçün əqiqə (yeni dünyaya gəlmiş uşaq üçün kəsilən qurban) olaraq onlarla qurban kəsmişdir. İmam Əskərinin (ə.s), Hz. Mehdi (ə.s) üçün, əqiqə olaraq üç yüz qoyun kəsdirib payladığı nəql edilmişdir. İmam əl-Əskəri (ə.s), Osman b. Səidə, 10 min rıtl (3276 kq.) ət və 100 min rıtl çörək aldırıb Bəni Haşimə əqiqə olaraq paylamasını əmr etmişdir.
Ayrıca səhabələrindən olan İbrahimə dörd qoyun göndərib belə yazdığı nəql edilmişdir:
“Bismillahir-rəhmanir-rəhim. Oğlum Məhəmməd Mehdinin bu əqiqəsini payla və özün də ye! Allah sənə salamatlıq versin və bildiyin Əhli Beyt sevənlərinə də yedirt.”
İmam Həsən Əskəri (ə.s), uzaq şəhərlərdə olan etibarlı dostlarına belə oğlunun dünyaya gəldiyini bildirmiş; beləcə etibarlı insanlar vasitəsiylə ləyaqəti olan insanlara bu xəbərin çatmasını təmin etmişdir.
Şeyx Saduk “Kamalud-Din” kitabında Əhməd b. Həsən, Kummi’dən belə rəvayət edir:
“İmam Həsən Əskəri mənim böyük atama öz əl yazılarıyla bu məzmunda bir məktub yazmışdı: Bizim uşağımız dünyaya gəldi. Amma sən bunu (bu xəbəri) xalqdan gizli tut. Çünki biz də onu ən yaxın dostlarımızdan başqasına söyləmədik. Sənə bildirdik ki, Allahın bizi sevindirdiyi kimi sən də sevinəsən. Vəssalam.”
Allah zühurunu yaxınlaşdırsın! Allah şəfaətlərindən ayırmasın!
Mənbə: İMAM HASAN EL-ASKERÎ VE İMAM MEHDÎ, Prof. Dr. Haydar BAŞ