İmam Cəfəri Sadiq (ə.s) məsum Əhli-Beyt imamlarının altıncısıdır. Babası Zeynəlabidin (ə.s) və atası İmam Muhamməd Baqirin (ə.s) himayəsində böyüdü.
Adı Cəfər, künyəsi Əbu Abdullah, ləqəbi Sadiqdir. Atası İmam Muhamməd Baqir (ə.s.), anası da Ümmü Fərvə Xatundur.
Atası Muhamməd b. Əli əl-Baqir (ə.s) üçün belə deyilməkdədir: “Hz. Həsən (ə.s) və Hz. Hüseynin (ə.s) uşaqları içində dini elmlər, Sünnə, Quran elmləri, ədəbiyyat və bəlağət sahəsində onun bir bənzəri görülməmişdir.”
Anası son dərəcə təmiz bir xanım olan Ümmü Fərvədir. Məşhur fəqih Qasım b. Məhəmməd b. Əbu Bəkirin qızıdır. İffət, şərəf və ərdəm baxımından qadınların əfəndilərindən idi. Əsrinin parlaq alimlərindən biri olan atasının evində yetişdi.
İmam (ə.s.), anasını anladırkən, “İmanlı, təqvalı və çox xeyirsevər idi” deyərdi.
Ümmü Fərvə həyat yoldaşı Muhamməd Baqirdən (ə.s) fiqh və İslami elmləri, mədəniyyəti öyrəndi. Yaşadığı bölgədən və başqa bölgələrdən gələn qadınların əhəmiyyətli dini mövzularını məsləhətləşdikləri bir hakim mövqeyində idi.
İmam Cəfər (ə.s) dünyaya gəldiyində mamaça, atasına müjdəni vermək üçün qaçıb gəldi; ancaq İmam Muhamməd Baqiri (ə.s) evdə tapa bilmədi. Babası İmam Zeynəlabidin (ə.s) evdə idi. Mamaça, körpənin doğumunu Ona müjdələdi və Onu təbrik etdi.
İmamın üzünü sevinc dalğaları bürüdü, çünki bu körpənin dini elmləri yeniləyəcəyini, babası Rəsulullahın (s.ə.v) sünnəsini əhya edəcəyini bilirdi. Mamaça, körpənin çox gözəl yaşıl gözlərinin olduğunu söylədi. İmam Zeynəlabidin (ə.s) gülümsədi və “Mənim anamın gözlərinə bənzəyir” dedi.
İmam Zeynəlabidin (ə.s) otağa girdi, nəvəsini qucağına aldı, öpdü. Sağ qulağına əzan, sol qulağına iqamə oxudu.
Bəzi tarixçilər İmamın (ə.s) doğulduğu tarixin Hicri 80-ci il olduğunu söyləyirlər. Bəziləri isə Hicri 83 ilində cümə və ya bazar ertəsi günü Rəbiüləvvəl ayının on yeddisində Mədinədə doğulduğunu yazırlar.
Allah şəfaətlərindən ayırmasın!
Mənbə: “İMAM CÂFER ES-SÂDIK”, Prof.Dr. Haydar Baş