Bəzi cahillər cihad mövzusunu əsas gətirərək İslamın terrora icazə verdiyini dilə gətirəcəklər. Hələ bir dayanın, cihadın mənası başqadır. Cihad, bir dövlətin varlığını qoruya bilməsi üçün ona edilən hücümlara qarşı mübarizə aparmasıdır.
Tarixdə praktiki istifadəsinə nəzər yetirək… Cənab Peyğəmbər (s.ə.v) əfəndimiz Mədinəni özünə vətən seçmişdir. Onu doğma yurdundan, Məkkədən köçməyə məcbur etdilər. Onu öldürəcək və şəhid edəcəkdilər, amma Peyğəmbər (s.ə.v) hicrət edib qurtuldu. Səhabə də hicrət edərək qurtuldu. Mədinəlilər müsəlman olub peyğəmbərimizi qucaqladılar. Bəs Məkkənin kafirləri bu dəfə nə etdilər? Müsəlmanların mallarını qarət etdilər, evlərinə basqın etdilər. Nələri var idisə hər şeylərini götürdülər. Hz. Həmzə peyğəmbər əfəndimizə müraciət edərək: “Ya Rəsulallah, mallarımızı qəsb edirlər, niyə onlarla müharibə etmirik?”- dedi. Əbu Süfyan da müsəlmanların mallarını yükləyib Şama aparırdı. Peyğəmbər (s.ə.v) əfəndəmiz “Müharibə ilə əmr olunmadıq” – buyurdu. O nəfsi ilə tək bir addım atmayan insan idi. O elə bir müəllimdir ki, onu oxudan Allahdır. Allah şəfaətindən məhrum etməsin. O belə böyük bir insandır. Nəhayət Hz. Cəbrayıl gələrək cihadı əmr edir: “ Mallarınızı xilas edin”. Beləliklə, Şama gedən Əbu Süfyanın karvanından malları geri almaq üçün müsəlmanlar hərəkətə keçdilər. Məhz bu səbəbdən Bədr döyüşü baş vermişdir. Bədr döyüşü müsəlmanların mallarını qəsb edənlərə, onları məhv etmək istəyənlərə qarşı möminlərin apardığı bir mübarizədir.
İslamda məhv etmək yoxdur. Çox maraqlıdır… Müsəlmanlar kafirlərlə müharibə meydanında qarşılaşdıqları zaman onlara: “Həmlə et, ey kafir!” deyə səslənər. Müsəlman ilk öncə kafirin hücum etməsinə izin verər. Niyə? Mənəvi olaraq üzərimdə heç bir hüququ qalmasın deyə. Öldürdüyüm zaman “nəfsim adıma öldürdüm” deməyim deyə, ilk həmləni də ona verir. “Hücüm et, ey kafir” ifadəsi bu səbəbdəndir.
Cihad məhz budur. Yuxarıda izah etdiklərimizdə İslam düşüncəsinin bir şəxsə, bir topluma, bir dövlətə məcburən qəbul etdiriləməsi varmı?
Bu gün siz sosial şəbəkələrdə müəyyən insanların özlərini “müsəlman” adlandıraraq digər insanların qətlinə fətva vermələri və ya birinin əlinə silah alaraq “bir insanı İslam adına öldürdüm” deməsi sizləri aldatmasın. Bunlar müsəlman deyildir, münafiqdirlər – sözdə müsəlmanam deyib, əməldə kafirdirlər.
Mənbə: Prof. Heydər Baş, “Mektubat”, səh. 226-230, İstanbul 1998